Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 27% artıb - NAZİRLİK

Tarix 17.06.21, 15:13

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-may ayları ərzində 119 175 daşınmaz əmlakın qeydiyyatı aparılıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunlardan 28 016-sı ilkin, 91159-u isə təkrar qeydiyyatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 27,1% artıb.

Cari ilin yanvar-may ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 17 555-i fərdi yaşayış və bağ evi, 36 999-u mənzil, 59 146-sı torpaq sahəsi, 1 328-i qeyri-yaşayış binası, 3 843-ü qeyri-yaşayış sahəsi, 292-si əmlak kompleksi, 12-si çoxmərtəbəli yaşayış binasıdır.

2021-ci ilin ilk 5 ayı ərzində 6 168 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 14,5% artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, 2020-ci ilin ilk 5 ayı ilə müqayisədə bu ilin yanvar-may ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 25% artaraq 6 286 olub.

Fərdi yaşayış və bağ evlərinin, mənzillərin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 5 ayı ərzində təkrar qeydiyyat fərdi yaşayış və bağ evləri üzrə 32,1% artaraq 11 387, mənzillər üzrə 50% artaraq 23 678, torpaq sahələri üzrə isə 36,3% artımla 52 860 olub.

Ümumilikdə isə, ötən ilin ilk 5 ayı ilə müqayisədə cari ilin yanvar-may ayları ərzində ölkə üzrə daşınmaz əmlakın təkrar qeydiyyatı 65 403-dən 91 159-a yüksəlib.



Xəbərin oxunma sayı : 742




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap