Cazibədar modeldən seksual paylaşım - FOTO Mehriban Əliyeva koronavirusla bağlı xalqa çağırış etdi: "Ağrı və iztirablar sərhəd tanımır..." Afaq daha bir ehtiraslı görüntüsünü yaydı - FOTO, VİDEO Hadisə sinəsini böyüdüb? - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Mart 2020

    Cazibədar modeldən seksual paylaşım - FOTO

  • / Gündəm / — 18 Mart 2020

    Mehriban Əliyeva koronavirusla bağlı xalqa çağırış etdi: "Ağrı və iztirablar sərhəd tanımır..."

  • / Maqazin / — 14 Fevral 2020

    Afaq daha bir ehtiraslı görüntüsünü yaydı - FOTO, VİDEO

  • / Maqazin / — 10 Fevral 2020

    Hadisə sinəsini böyüdüb? - VİDEO

  • / Maqazin / — 05 Fevral 2020

    Rəqqasə Aygünün ehtiraslı görüntüsü yayıldı - VİDEO

  • / Maqazin / — 04 Fevral 2020

    Səidə Sultanın ehtiraslı videosu yayıldı - VİDEO

Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı – Rəsmi məlumat yayıldı

Tarix 24.03.20, 17:41

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasında 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir:

“Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarında 2 126 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Buna görə də infeksiyasının yayılmasına yol verməmək üçün hər bir şəxs gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir.

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur”.



Xəbərin oxunma sayı : 751

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda