Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanda daha bir klub dağılır – mayda çempion olmuşdular

Tarix 30.07.19, 17:34

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin mayında AFFA-nın keçirdiyi Regionlar Liqası yarışının qalibi olan Sumqayıtın “Uğur” komandası fəaliyyətini dayandırıb.

Qol.az-ın xəbərinə görə, bununla bağlı klub bəyanat yayıb. Bəyanatda bildirilib ki, klubun rəhbərliyi birinci divizionda iştirakla bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla dəfələrlə görüşə cəhd etsə də, istəyi alınmayıb.

Sənəddə bildirilib: “Ardıcıl iki dəfə Region Liqasının qalibi olan “Uğur” Futbol Klubu birinci divizionda iştirakla bağlı AFFA-ya dəfərlərlə müraciət edib. Təəssüflər olsun ki, bu məsələ ilə bağlı klub rəhbərliyi bugünə qədər də federasiya tərəfindən görüşə dəvət edilməyib və sadəcə olaraq, şifahi şəkildə üçüncü mövsüm də Region Liqasında oynaması barədə tövsiyə edilib.

Bu qərar və ümümulikdə yaranmış qeyri-müəyyən vəziyyət klub rəhbərliyini qane etmədiyi üçün, eləcə də ardıcıl olaraq doğma Sumqayıt şəhərinə 3 dəfə çempionluq kubokları, sevinclərini gətirən komandamıza şəhər rəhbərliyinin və iş adamlarının bugünə qədər də biganə münasibəti səbəbindən klubun rəhbəri, sponsoru ilə aparılan məsləhətləşmələrdən sonra “Uğur” Futbol Klubu bu il keçiriləcək Region Liqanın yarışında iştirak etməyəcəyi barədə qərar qəbul edib.

“Uğur”un uğurlarında və çempionluqlarında əməyi olan hər kəsə ayrı-ayrılıqda, ümumi komanda heyətlərimizə çəkdiyi əziyyətlərinə, azarkeşlərə etdikləri dəstəyə görə klub rəhbərliyi adında böyük təşəkkürümüzü bildiririk və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik”.

Klub bildirib ki, bu qərardan sonra komandanın hər bir futbolçusu azad agent statusuna malikdir və istənilən zaman öz icazə vərəqəsini ala bilər.



Xəbərin oxunma sayı : 259




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap