Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanda dollar bahalaşa bilərmi? – FED uçot dərəcəsini yenidən dəyişir

Tarix 01.11.22, 14:56

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün bir araya gələcək ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sabah uçot dərəcəsi ilə bağlı yeni qərarını açıqlayacağı gözlənilir. 

Artıq qlobal birjalar FED-in potensial addımına reaksiya verməkdədirlər. 2022-ci ildə dollar 6 səbət valyutaya nisbətən kəskin möhkəmlənib. 57.6 faizini avro təşkil edən səbət valyutalar bu ilin geridə qalan aylarında dollara nisbətən ümumilikdə 20 faizə yaxın dəyər itiriblər.

Dollar yenidən bahalaşacaqmı?

Açıklama yok.

İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, ötən həftə dollar ilə kursu bərabərləşən avro yenidən ABŞ pulundan ucuz təklif olunur. Onun sözlərinə görə, Avropa Mərkəzi Bankının son qərarına rəğmən avronun məzənnəsində artımlar müşahidə olunmadı: "ABŞ-da son 40 ilin ən yüksək inflyasiyasının müşahidə olunmasına baxmayaraq, FED-in qərarları dolları möhkəmləndirməkdə davam edir".

Azərbaycanda dollar bahalaşa bilərmi?

V.Bayramov qeyd edir, Azərbaycan Mərkəzi Bankı ilin sonunadək manata təhdidlərin olmadığını bildirib. "Bununla yanaşı, Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla daha uzun müddətli dövr üçün rəsmi proqnozların elan edilməsi məqsədəuyğun olardı. Bu, milli valyutada yığımlar və uzun müddətli sərmayə qoyuluşları, xüsusən də yerli investisiya baxımından da vacibdir. Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir", - deputat qeyd edib.

V.Bayramovun sözlərinə görə, bütün bunlar ilə yanaşı Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankın qərarından asılıdır: "Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".



Xəbərin oxunma sayı : 1075




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap