Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Azərbaycanda ən çox tələb olunan 10 PEŞƏ: Orta əməkhaqqı nə qədərdir

Tarix 15.05.26, 9:54

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə iş elanları üzrə daha genişmiqyaslı kəmiyyət təhlili aparıb.

AzFakt.com xəbər verir ki, iş elanı platformalarında 2022-2025-ci illərdə təqdim edilən 61 400 vakansiya qurum tərəfindən təhlil olunub və əmək bazarında ən çox tələb olunan 10 prioritet peşə istiqaməti müəyyən edilib:

satış təmsilçisi,
mühasib,
satınalma və təchizat,
satış planlanması,
SMM, proqramçılıq, məzmun xidməti,
insan resurslarının idarə edilməsi,
müəllim,
kredit üzrə mütəxəssis,
işə qəbul üzrə mütəxəssis,
qeydiyyat xidməti əməkdaşı.

Qeyd edilənlərlə yanaşı, təhsil, maliyyə və İT sahələri əmək bazarında sabit və strateji əhəmiyyətli istiqamətlər olaraq qalmaqdadır.

Araşdırılan dövr ərzində iş elanlarının əksər hissəsində əməkhaqqı qeyd edilməyib. Əməkhaqqı göstərilən iş elanlarında isə təklif olunan əməkhaqlarının orta aylıq məbləği 2022-ci ildə 745 manat, 2023-cü ildə 858 AZN, 2024-cü ildə 939 AZN, 2025-ci ildə 959 AZN təşkil edib.

Bütün illər üzrə vakansiyalarda ən çox tələb olunan yumşaq bacarıq ünsiyyət bacarıqları olub. Bu göstəricinin yüksək olması işəgötürənlərin texniki biliklərlə yanaşı, namizədlərin insanlarla işləmək, fikrini aydın ifadə etmək və iş mühitində effektiv qarşılıqlı əlaqə qurmaq qabiliyyətinə xüsusi önəm verdiyini göstərir.
Komanda ilə işləmək və məsuliyyətlilik isə ikinci və üçüncü ən çox tələb olunan yumşaq bacarıqlar sırasında yer alıb.(oxu.az)



Xəbərin oxunma sayı : 994




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap