Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Azərbaycanda ən çox və ən az alınan avtomobillər – SİYAHI

Tarix 17.05.19, 22:25

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan avtomobil bazarı spesifik bazardır. Burada müəyyən qaydalar var. Bu qaydalar təbii ki, çox tez-tez dəyişir. Azərbaycanda bir çox sahələrdə olduğu kimi, avtonəqliyyat vasitələri də bəzən dəblə alınıb satılır. 

Bunu daşınar və daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib.

Azərbaycanda az alınan maşınlar sırasında Honda, Subaru, Mazda kimi avtomobillərin adını çəkmək olar. Ekspertin sözlərinə görə Azərbaycanda o maşınlar az alınır ki, o avtomobillərin servis xidmətləri az və ya ümumiyyətlə olmasın.

Ramil Osmanlı azfakt ile ilgili görsel sonucu

Həmçinin Ramil Osmanlının sözlərinə görə bir vaxtlar bankların asan və tez avto kredit verməsi satılmayan maşınları olan avtodillerlərin də işinə yaradığını indi isə avto kredit əldə edilməsinin elə də asan olmadığından bəzi avtomobil modellərinin az-az satıldığını bildirdi.

Ekspertin sözlərinə görə, ümumilikdə avtomobil bazarını iki hissəyə ilkin və təkrar bazara bölünür. Azərbaycanda ilkin bazarda ən çox satılan maşınlar əsasən 4 markanın üzərinə düşür. Bunlar Yaponiyanın Toyota  və Nissan,  Cənubi Koreyanın Hyundai və Kia markalarıdır.  

Təkrar bazarda isə əsasən Mersedes Bensin 2007-ci illərə qədər olan avtonəqliyyat vasitələri alınıb-satılır.

Az alınıb- satılan maşınlar o demək deyil ki, bu maşınlar keyfiyyətizdirlər. Bu sadəcə qiymət ilə bağlı olan məsələdir. Təkrar bazarda opel markalı maşınlar maraq çoxdur. Amma ilkin bazarda bu avtonəqliyyat vasitələrinə maraq demək olar ki, yoxdur.

Bir sıra avtonəqliyyat vasitələrin ölkəmizdə marağın az olmasına bir neçə səbəb var. 

Yaponiyanın Honda, Subaru, Mazda  kimi avtomobilləri komplektasiyasına görə kifayət qədər bahadır. Yəni oxşar sinifdə olan digər avtonəqliyyat vasitələri rəqabətdə həmin avtonəqliyyat vasitələrini üstələyir. Digər tərəfdən isə həmin avtonəqliyyat vasitələrinə tələb ona görə aşağıdır ki, Bu avtonəqliyyat vasitələrinin texniki servis imkanları Azərbaycanda məhduddur.

Bir məsələni də nəzərdən qaçırmayaq ki, Yaponiya istehsalı olan bir sıra markalar var ki, həmin markalar avro standartlar baxımından Azərbaycan üçün daha uyğundur  nəinki, Almaniyanın və yaxud da Cənubi Koreyanın avtomobilləri . Çünki Yapopniya avro-4 və avro 5 standartlarını daha gec tətbiq edib. Bu baxımdan Azərbaycan yanacağı və yağları ilə işləmək həmin avtomobillər üçün daha məqbuldur. Həmçinin bu avtomobillər daha dözümlü olur.

Cənubi Koreya istehsalı olan bir sıra markalar keyfiyyətcə getdikcə aşağı düşür.

Araşdırmalar göstərir ki, son illər Cənubi Koreya istehsalı olan bir sıra markalar dizayn baxımından imkanları genişlənsə də bu avtomobillərdə keyfiyyət getdikcə aşağı düşür.

Ümumiyyətlə avtomobil bazarı çox mürəkkəbdir. Bu bazarı təkcə iqtisadi göstəricilər ilə müəyyənləşdirmək düzgün olmazdı. Bu məslədə texniki ekaloji, keyfiyyət standartları ilə bağlı olan məqamlar da var ki, buna konkret olaraq həmin sahənin mütəxəssisləri rəy verə bilərlər.

Cənubi Koreyanın maşınlarının keyfiyyətinin aşağı salmasının əsas səbəbi isə inkişaf etməkdə olan ölkələr üçün istehsal olunan avtonəqliyyat vasitələrində keyfiyyətə bir o qədər üstünlük verilməməsidir –deyə Ramil Osmanlı bildirib. (Fed.Az)

 



Xəbərin oxunma sayı : 301




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap