Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanda ev oğruları intensiv işləyir

Tarix 07.09.18, 19:39

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi Bakıda və bölgələrdə daha 3 ev oğurluğu hadisəsi barədə məlumat yayıb. Məlumatlara əsasən Bakıda evdən 1000 ABŞ dolları, 1700 manat və qızıl saat oğurlanıb. Səbail rayon Polis idarəsi 8-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 11-də rayon ərazisindəki evlərin birindən 1000 ABŞ dolları, 1700 manat və qızıl saat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Taleh Babayev və Ceyhun Cabbarov saxlanılıb

Cəlilabad rayonunda isə evdən 20 000 manatlıq qızıl əşyalar oğurlanıb. Hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-dən sentyabrın 4-dək olan müddətdə Göytəpə şəhərindəki evlərin birindən 20 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Salmanov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Beyləqan rayonunda evdən 6600 manat oğurlanıb. Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da rayon ərazisindəki evlərin birindən 6600 manat oğurlamaqda şübhəli bilinən Mil qəsəbə sakini Lalə İsmayılova saxlanılıb.



Xəbərin oxunma sayı : 202




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap