Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanda film kimi hadisə: Oğru ev sahibini bıçaqladı

Tarix 30.09.22, 23:40

Font ölçüsü : - / +
bitmap-img6


Elə bir dövrə gəlib çıxmışıq ki, filmlərdə gördüyümüz səhnələrlə artıq  real həyatda rastlaşırıq. Paytaxtda mənzilə  oğurluğa girən şəxsi  ev sahibləri , həm də elə iş başındaca yaxalayıblar. Və bu məqamda oğru çıxış yolunu onlardan birini  bıçaqlamaqda görüb. Lakin həmin şəxs qısa müddətdə ev yiyələri tərəfindən zərərsizləşdirilib, hətta,  polis gələnə kimi  onlarla bir xeyli söhbət də edib.

Öncə 3-4 gün evi müşahidə ediblər, daha sonra dəmir barmaqlıqları qırıb evə daxil olublar. Ancaq ev sahibi oğrunu elə evdəcə tutub... Oğru isə ev sahibini bıçaqlayaraq hadisə yerindən qaçmaq istəyib...

Hadisə Xəzər rayonu Buzovna qəsəbəsindəki evlərdən birində baş verib. Ev sahiblərinin sözlərinə görə, oğruların daxil olduğu evdə yaşayış olmayıb. Hadisədən isə eyni həyətdə yaşayan ev sahibinin qohumu xəbər tutub.

Ev sahiblərinin sözlərinə görə, polis gələnə qədər evə daxil olan şəxslə söhbət ediblər.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, hadisə zamanı xəsarət almış Səməd Tağıyev 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda vəziyyəti kafidir.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Zahid Zahidli saxlanıb, digərinin isə şəxsiyyəti müəyyən olunub. Hadisə ilə bağlı əməliyyat tədbirləri davam etdirilir.







Xəbərin oxunma sayı : 469




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap