Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanda ipoteka kreditlərini daha çox KİMLƏR götürür?

Tarix 21.10.18, 17:18

Font ölçüsü : - / +
bitmap-img6


2018-ci ilin üçüncü rübünün sonuna olan vəziyyətə əsasən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ipoteka kreditlərinin təkrar maliyyələşdirilməsinin həcmi 1,1 milyard manat, o cümlədən güzəştli kreditlərin həcmi 315 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Fondun yayımladığı hesabatda deyilir.

Ötən ilin 9 ayı ilə müqayisədə təkrar maliyyələşdirmənin həcmi 43,5 faiz, güzəştli kreditlərin təkrar maliyyələşdirilməsi həcmi 40 faiz artıb.

Üç rüb ərzində ümumilikdə 23 759 ipoteka krediti verilib ki, onlardan 7 036-ı güzəştlidir.

Hesabat dövründə Bakıda 18 109, Sumqayıtda 2 371, Abşeron rayonu və Xırdalanda 1 664 ipoteka krediti verilib.

İpoteka kreditləşməsi üzrə Azərbaycan şəhərlərinin reytinqi (yanvar-sentyabr 2018 ):

ŞəhərVerilmiş ipoteka kreditlərinin sayı

Bakı

18 109
Sumqayıt2 371
Abşeron rayonu/Xırdalan1 664
Gəncə

837
Naxçıvan252
Mingəçevir91
Lənkəran44
Göygöl38
Şirvan37
Yevlax29

Bakıda ən çox ipoteka krediti Xətai rayonunda (24,3 faiz) verilib. Yasamal rayonunda ipoteka kreditlərinin payı 16,8 faiz, Binəqədi rayonunda 13,6 faiz təşkil edib.

İpoteka kreditlərinin 21 faizdən çoxunu hərbi qulluqçular götürüb. Daha sonra maliyyə sektorunun nümayəndələri – bankir və sığortaçılar (20,8 faiz), energetika sahəsi (12,6 faiz), hüquq-mühafizə orqanlarının (8,7 faiz) əməkdaşları gəlir.

İl ərzində ipoteka kreditlərinin ailə vəziyyəti üzr strukturunda dəyişiklik qeydə alınıb. Əgər 2017-ci ilin üç rübü ərzində ipoteka götürənlərin 68,7 faizi evli idisə, bu il onların payı 48,4 faiz təşkil edib. Subay ipoteka götürənlərin payı isə 31,3 faizdən 51,6 faizədək artıb.





Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap