Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanda kreditlər bahalaşır

Tarix 10.10.17, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Bankı (AMB) avqust ayı üzrə depozit və kreditlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

“APA-Economics” AMB-nin açıqladığı statistikaya istinadən xəbər verir ki, avqustda manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,49%, xarici valyuta ilə 3,57% təşkil edib. İyul ayı ilə avqust ayını müqayisə edəndə məlum olur ki, manatla depozit və əmanətlər üzrə faiz dərəcəsi 0,66% artıb, xarici valyutada depozit və əmanətlər üzrə faiz dərəcəsi 0,08% azalıb. Ümumiyyətlə, manatla depozit və əmanətlərdə orta faiz illik 8,55%-dən 9,49%-ə yüksəlib, xarici valyutada 4,97%-dən 3,57%-ə enib.

Avqust ayında hüquqi şəxslərdən manatla depozitlər ortalama 4,84%, xarici valyutada isə 2,78%-dən cəlb edilib. Hesabat ayında fiziki şəxslərdən manatla cəlb edilmiş depozitlərinin orta faizi 11,72%, xarici valyutada isə 4,20% olub.

Avqustda verilmiş kreditlər üzrə orta faiz dərəcəsinə gəlincə, bu göstərici manatla 13%, xarici valyuta ilə 10,62% təşkil edib. İyul ayı ilə avqust ayını müqayisə edəndə məlum olur ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,10%, xarici valyutada kreditlər üzrə faiz dərəcəsi 0,62% artıb. Ümumiyyətlə, manatla kreditlərdə orta faiz illik 12,28%-dən 13%-ə, xarici valyutada 10,21%-dən 10,62%-ə yüksəlib.

Avqust ayında fiziki şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 16,10% xarici valyutada 16,25% olub. Hüquqi şəxslərə sözügedən ayda kreditlər manatda orta hesabla 9,02%, xarici valyutada 7,51% təşkil edib.



Xəbərin oxunma sayı : 256




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap