Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə

Tarix 05.03.21, 19:20

Font ölçüsü : - / +
bitmap-img6


Tarix boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşamış, adət-ənənələrin, milli kultural dəyərlərin qorunması, formalaşması və təbliği istiqamətində mühüm addımlar atılmış və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Ermənilərin Azərbaycan torpaqlarında məskunlaşmasının iki əsrlik tarixi vardır. Bu iki xalq arasında baş vermiş münaqişələrdə, müharibələrin həllində Azərbaycan dövləti həmişə sülhməramlı mövqe nümayiş etdirmiş, ümümbəşəri sosial - siyasi dəyərlərə əsaslanmışdır. Prezident İlham Əliyev yerli və xarci media nümayəndələri üçün mətbuat konfransında işğaldan azad olmuş ərazilərdə əhalinin məskunlaşma prosesinin, tarixi ənənələrə, mövcud birgəyaşayış modelinə əsaslanaraq həyata keçirilməsinin vacibliyini, bütün millətlərin nümayəndələrinin eyni hüquqlara malik heç bir etnik, dini fərq qoyulmadan yaşaması üçün zəmin
yaradıldığını vurğulamışdır.

Ölkəmizdə Qələbədən sonra Qarabağ torpaqlarında həyata keçiriləcək yeni layihələrin sülhün,birgəyaşayışın təminatçısına çevrilməsi üçün iqtisadi potensial mövcuddur. Əhalinin öz doğma torpaqlarına qayıdışı və məskunlaşması labüddür. İçtimaiyyət arasında keçirilən sorğuların nəticələri bunu deməyə əsas verir ki, tezliklə mərhələlər şəklində məskunlaşma proqramının ilkin mərhələsinə uyğun olaraq bu proses öz həllini tapacaqdır. İşğaldan azad olmuş ərazilərdə bərpa, quruculuq işlərinin, infrastruktur layihələrinin sistemli və planlı şəkildə aparılması,
regionların abadlaşması,”Ağıllı kənd” layhəsinin icrasına başlanması, insanların normal həyatıvə yaşam tərzi üçün əhəmiyyət kəsb edən amillərdir. 30 il öz doğma yurd yuvalarının həsrəti ilə yaşayan və o yerlərə qayıdacağları günü səbirsizliklə gözləyən insanlar yenidən sülh və əmin amanlıq şəraitində yaşayacaqlarına, normal həyat tərzi üçün nəzərdə tutulan layihələrin gərcəkləşəcəyinə, ümüdlərinin doğrulacağına inam hisslərini ifadə edirlər. Qarabağ torpağının çal-çağır məkanına, cənnət guşəsinə çevriləcəyi, tonqallar başında”Xarı bülbüllər”in cəh-cəh sədasın eşidiləcəyi, dünyanın hər yerindən mədəniyyətimizin beşiyi sayılan
Şuşaya ziyarətçilərin axışaçağı, Qarabağın Azərbaycanın dilbər guşəsi kimi tanınacağı gün uzaqda
deyil.

Gülgəz Məlikova
Sabirabad 



Xəbərin oxunma sayı : 643




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap