Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycanda mobil və sabit internetin sürəti dekabrda azalıb - Statistika

Tarix 21.01.21, 10:30

Font ölçüsü : - / +
bitmap-img6


2020-ci ilin dekabr ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 31,44 Mbit/s-ə təşkil edib.

“APA-Economics” “Ookla”nın “Speedtest Global Index”in məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici noyabr ayı ilə müqayisədə 0,04% azalıb.

Dekabrda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti noyabr ayının göstəricisi ilə müqayisədə 5,3 azalaraq 15,02 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 47,20 Mbit/s və 12,67 Mbit/s təşkil edib.

Ötən ilin dekabr ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 139 ölkə arasında 4 pillə geriləyərək 70-cı yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Qətər (178,01 Mbit/s), BƏƏ (177,52 Mbit/s) və Cənubi Koreya (169,03 Mbit/s) daxil olub.

Reytinqə əsasən, dekabr ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 22,17 Mbit/s, çıxış sürəti isə 24,21 Mbit/s təşkil edib. Bu göstəricilər noyabr ayı ilə müqayisədə müvafiq olaraq 3,8 və 5,4% azalıb.

Dekabr ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 176 ölkə arasında 3 pillə geriləyərək 120-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkəsi Tailand (308,35 Mbit/s), Sinqapur (245,31 Mbit/s) və Honkonq (226,8 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 96,43 Mbit/s və 52,31 Mbit/s olub.



Xəbərin oxunma sayı : 475




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap