Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanda nə qədər benzin istehsal olunur? – RƏQƏMLƏR

Tarix 16.07.17, 4:53

Font ölçüsü : - / +
bitmap-img6


2016-cı ildə Azərbaycanda 1 milyon 153 min ton avtomobil benzini istehsal olunub.

"Marja" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, isrehsal 2015-ci ilə nisbətən istehsal 6%-ə yaxın azalıb.

Ötən il 2 milyon 315,2 min ton dizel yanacağı istehsal olunub ki, bu da 2015-ci illə müayisədə 17,4% azdır.

2017-ci ilin yanvar-may aylarında Azərbaycanda 524,1 min ton benzin istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3% çoxdur. Dizel yanacağının istehsalı  isə 17,7 faiz azalaraq 807,6 min tona düşüb.

SOCAR 2016-cı ildə avtomobil benzini ixrac etməyib. SOCAR-dan verilən məlumatda görə, 2016-cı ilin yanvar-dekabr ayları ərzində 728 min 374 ton dizel yanacağı, 177 min 506 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 84 min 540 ton yüksək təzyiqli polietilen, 9 min 931 ton mütləqləşdirilmiş izopropil spirti, 69 min 946 ton maye piroliz qətranı, 43 min 837 ton propilen və 23 min 347 ton butilen butadien fraksiyası ixrac edilmişdir. 

Daxili istehsaldan əlavə Azərbaycana benzin idxalı da mövcuddur. 2016-cı ilin sonuna Azərbaycanda avtomobil parkının sayı 1 milyon 347 min 812  ədəd təşkil edib. Ötən il 10 min 457 avtomobil ilkin qeydiyyata alınıb.

Xəbər verdiyimiz kimi, Tarif Şurasının qərarı ilə, ən çox istifadə edilən Aİ-92 markalı benizinin hər litri üçün satış qiymətini   70 qəpikdən 90 qəpiyə qaldırıb.



Xəbərin oxunma sayı : 208




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap