Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda nə qədər əcnəbi işləyir? – Nazirlik sayı açıqladı

Tarix 29.07.17, 1:18

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 32 919 nəfər təşkil edir. Onlardan 87,8 faizini kişilər, 12,2 faizini qadınlar təşkil edir.

Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan əcnəbilər sırasında say baxımından ilk yerləri Тürkiyə (14 799 nəfər), Gürcüstan (3 286 nəfər) və Rusiya (2 108 nəfər) vətəndaşları tuturlar. 

Eyni zamanda sistemdə Özbəkistandan (1 764 nəfər), Hindistandan (1 476 nəfər), İrandan (1 011 nəfər), Çindən (927 nəfər), Banqladeşdən (871 nəfər), Pakistandan (746 nəfər), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından (715 nəfər), Ukraynadan (610 nəfər), Türkmənistandan (330 nəfər), Filippindən (376 nəfər), ABŞ-dan (264 nəfər), Almaniyadan (250 nəfər), Qazaxıstandan (264 nəfər), İtaliyadan (216 nəfər) və s. ölkələrdən olan əcnəbilər qeydiyyatdadır.

2006-cı il yanvarın 1-dən Azərbaycanda tətbiq olunan fərdi uçot sistemi Azərbaycan vətəndaşları ilə bərabər, ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşlarına da öz fərdi hesablarında pensiya kapitalı toplamaq, bununla da gələcəkdə pensiya və sosial təminat hüquqlarının yaranması üçün əsas formalaşdırmaq imkanı verib.

Fərdi uçot sistemində qeydiyyata olan şəxslərin ümumi sayı isə 1 iyul 2017-ci il tarixinə 3 milyon 496 min 678 nəfər təşkil edib.



Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap