Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda radikal islam güclənir - Təhlil

Tarix 28.06.17, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Stanislav Tarasov, 

Regnum İA 

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, professor Rafiq Əliyev respublikada haqqında çox da ucadan danışılmayan problem üzrə açıqlama ilə çıxış edib

Söhbət “təriqətlərarası durumun sabitsizləşdirilməsində maraqlı olan radikal güclərin” fəaliyyəti haqdadır. Əliyevin dəyərləndirməsinə görə,  “radikal islam cərəyanları siyasi məqsədlərini dini motivlərlə pərdələyir, tamamilə konkret vəzifələr qoyur: dini durumun kəskinləşdirilməsi yoluyla daxili siyasi sabitliyi sarsıtmaq, dövlət institutlarını böhrana salmaq və son nəticədə Azərbaycanı siyasi-iqtisadi nəzarətə götürmək”.

Respublikada bu problemə müəyyən diqqət ayrılıb və ayrılır. Akademik araşdırma səviyyəsində. Heç olmasa, bunun ölkə təhlükəsizliyinin təminatının tərkib hissəsi olduğu dərk edildiyinə görə. Lakin keçmiş sovet respublikasında bu problem SSRİ dağıldıqdan və müstəqillik əldə edildikdən sonra cürbəcür şərh olunub. Məsələn, tanınmış Azərbaycan araşdırmaçısı Arif Yunusov qeyd edir ki, Bakı 1990-cı illərin əvvəlində “şiə İranından uzaqlaşıb”, lakin yalnız o vaxt özünü dünyəvi dövlət kimi qələmə verən Türkiyəni saymasaq, “müsəlman Şərqi ilə çox da yaxınlaşmayıb”.

İki proses müşahidə olunub. Cənubdan – İrandan şiə ideologiyası sızıb, şimaldan – Dağıstandan isə azərbaycanlıların bütövlükdə qəbul etmədiyi  müsəlman missionerlər – vəhhabiliyin ardıcılları gəliblər. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi o zaman ərəb Şərqi ilə də sıx bağlı olan və yetərincə tezliklə neytrallaşdırılan müxtəlif radikal və terrorçu islam təşkilatlarının meydana çıxdığını qeydə alıb. Durum sonradan hiss olunası şəkildə dəyişməyə başlayıb.

Ankarada  Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlişindən sonra Türkiyə islamlaşma yoluna daxil olub, daha çox “Şərq dövləti” səciyyəsi qazanıb. Buna görə də bəyan edilmiş strateji tərəfdaşlığa baxmayaraq, şiə, lakin rəsmən dünyəvi dövlət Azərbaycanla sünni Türkiyəsi arasında sistemli büdrəmə ünsürləri gözə dəyməyə başlayıb. Fəal şəkildə “ərəb baharı”yla uğraşan, hələ 1970-ci illərdən Misir, Tunis, Suriyadan ona dost islamçılara qələbə vəd edən Ankara Bakını da ərəb dünyasına sarı dartmağa başlayıb. Bu durumu hətta siyasi texnologiya özəlliyinin imitasiyası kimi dəyərləndirsək, Azərbaycan xarici siyasətində Şərq meyli aşkar amil kimi görünür.

2014-cü ildə Böyük Yaxın Şərqdə İŞİD-in peyda olması, Azərbaycanı da daxil etməklə “xilafət” qurmaq planları, Türkiyənin cihadçılarla mübarizəyə cəlbi təkcə bölgədəki geopolitik durumu kəskin şəkildə dəyişməyib, həm də kəskin sosial-iqtisadi problemləri üzə çıxarıb, bir tərəfdən “antikapitalist müsəlmanlar”ı, digər tərəfdən isə sünni-şiə qarşıdurmasını sərgiləyib.

Konkret olaraq Bakıya gəlincə isə, Yunusovun fikrincə, “Bu gün Azərbaycanın həyatında və cəmiyyətdə islam amili artıb”.

O, qeyd edir ki, “hakimiyyət dini strukturlara qarşı repressiv siyasət aparır”.  
Bununla yanaşı, hakimiyyətlə mübarizədə başqa üsullardan çıxış edən dünyəvi partiyalardan fərli olaraq, “dindarlar radikallaşır”, “etirazın islamlaşdırılması” əlamətləri meydana çıxır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi keçmiş sədri Əliyevin etirafına görə, hətta “təriqətlərarası həmrəyliyin saxlanması üçün hakimiyyətin çox iş gördüyünə” baxmayaraq, xaricdən radikalların səyləri “sünnilərlə şiələr arasında ixtilaf törədilməsinə yönəlib”.

Professor Əliyev bununla yanaşı xatırladır ki, “XVI əsrdən başlayaraq Avropanın aparıcı dövlətləri islamın sünni və şiə cərəyanlarının dini ziddiyyətlərində oynayaraq özləri üçün müəyyən mənfəət əldə edib”.

Yeri gəlmişkən, o, bu halda tarixi yada salmağı təsadüfən təklif etmir. Məsələ burasındadır ki, XVI əsrin başlanğıcına qədər Cənub Qafqaz xanlıqlarının (mətndə bu cürdür və müəllif tarixi yanlışlığa yol verir-tərc.) ideologiyasında islamın sünni qanadı üstünlük təşkil edib. Yalnız XVI əsrdə İranda Səfəviyyə şiə-sufi qardaşlığı hakimiyyətə gələndən sonra islamın şiə qanadı dövlətin hakim dini olub. Və təsadüfi deyil ki, İŞİD Azərbaycana münasibətdə “tarixi ədalətsizliyin bərpası” haqda danışır.

Rəsmi məlumatlara əsasən, Azərbaycan “İŞİD terrorçu qruplaşmasına qatılan vətəndaşlarının sayına görə MDB ölkələri arasında üçüncü yeri tutur”.

Hazırda İraq və Suriyada cihadçıların məkanı hiss olunacaq dərəcədə daralmağa başlarkən, türk analitik Əkrəm Gözəldərənin sözlərinə görə, Azərbaycandan çıxanların əksəriyyəti “yeni dünya görüş”lə geri dönür və ya dönə bilər.

Türkiyənin “Milliyet” nəşri qeyd edir: onlar respublikada özlərini “müəyyən fəaliyyətlə” ifadə edə bilərlər – bu yaxınlarda Tehranda olduğu kimi.

MDB Antiterror Mərkəzinin başçısı Andrey Novikov da bu günlərdə BMT TŞ toplantısında bu haqda danışaraq vurğulayıb ki, “MDB ölkələrindən çıxanlar, Əfqanıstan-Pakistan zonasında, Suriya və İraqda silahlı münaqişələrə qatılanlar – bunlar isə, əldə olan məlumatlara görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya vətəndaşlarıdır və gerçək döyüş hazırlıq və təcrübəsi əldə edib Birlik dövlətlərinin ərazilərinə qayıtmağa başlayıblar”.

Bu problem indi MDB ölkləri üçün ümumi olduğundan Rusiya da bu amilə yüksək diqqət yetirir. Böyüyən problemə etinasızlıq təhlükəli olur, çünki konkret praktikanın göstərdiyi kimi, cihadçılar öz fəaliyyətlərini əlaqələndirərək o cümlədən informasiya-təbliğat səviyyəsində birgə hərəkət edir – xüsusən də Bakının beynəlxalq arenada özünü islam sivilizasiyasının tərkib hissəsi kimi getdikcə daha çox qələmə verdiyi durumda.

İstisna olunmur ki, respublikada Qərb nüfuzunun düşdüyü, ciddi sosial-iqtisadi problemərin varlığı fonunda Azərbaycan islam hərəkatının hansısa bir lideri meydana çıxa bilər. Bakı bu cür mürəkkəb geopolitik şəraitdə fəal şəkildə manevr etməyə səy göstərir.

Bəzi ekspertlər Azərbaycan prezidenti İlham Əliyevin Ər-Riyad sammitinə qatılmasını onun Fars körfəzi ərəb dövlətləri, xüsusən də Səudiyyə Ərəbistanı tərəfindən yatırımlar əldə etmək cəhdinə bağlayırlar. Bakı ABŞ-da prezident seçkilərində Donald Trampın da qələbəsi ilə çox şey gözləyirdi. Lakin hələlik heç nə alınmır. Azərbaycan Səudiyyə Ərəbistanı ilə birlikdə antiiran kampaniyasında görünməklə onu həmişə “şiə təsiri oxu”na aid edən İranla “strateji tərəfdaşlığa”, çətin ki, ümid edə bilər. Türkiyənin hazırda Azərbaycanlıq halı yoxdur…

Bəs sonra?

Yunusov hesab edir ki, Bakının üç fəaliyyət variantı var: Rusiya tərəfə (Rusiyayönlü proqram), Qərbə sarı (Qərb proqramı), islamlaşmağa doğru (bu proqram ağalabatan deyil) hərəkətlənmək.

“Rusiya əzəldən neqativ qavranır, köhnə sovet yaşayışı və Ermənistanın yardımı ilə Dağlıq Qarabağ münaqişəsi ilə assosiasiya doğurur. – Yunusov dəqiqləşdirir. – Qərbə böyük inam var idi, amma məhv olub. Bizdə tez-tez yazırlar ki, Qərb demokartik dəyərləri Azərbaycan nefti və qazına dəyişir və Azərbycan hökumətinin repressiyalarına göz yumur. Dünyəvi partiyaların əksər sıravi üzvlərinin islama axını isə bu şəraitdə başlanıb”.

Deməli, Bakı üçün ciddi seçim məqamı yetişir.

Strateq.az




Xəbərin oxunma sayı : 1168




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap