Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanda soyadlarla bağlı yeni qanun hazırlanıb –Layihə nazirliyə göndərilib

Tarix 09.07.19, 15:25

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda soyadların hüquqi cəhətdən tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır”.

Bunu “Report”a açıqlamasında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

O bildirib ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yeni soyadların verilməsi və dəyişdirilməsinə görə edilən müraciətləri baxılması üçün Ədliyyə Nazirliyinə göndərib.

S.Sadıqovanın sözlərinə görə, Ədliyyə Nazirliyinin soyadların hüquqi cəhətdən tənzimlənməsi ilə bağlı hazırlayacağı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq: “Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya edilən müraciətlərə Ədliyyə Nazirliyi tərəfindən baxıldıqdan sonra yekun rəy veriləcək. Hazırda bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən yeni qanun layihəsi hazırlanır. Həmin layihənin Milli Məclisə təqdim olunacağı gözlənilir. Çünki dəyişdirilməsi üçün müraciət olunan həmin soyadlar hüquqi cəhətdən tənzimlənməlidir. Biz hazırda soyadlarla bağlı edilən müraciətlərə nə müsbət, nə də mənfi cavab verə bilmirik. Çünki bu, araşdırılmalı və müxtəlif prosedurlardan keçməlidir. Biz bunları sənədləşdirib Ədliyyə Nazirliyinə göndərmişik. Axı hər kəs öz istədiyi soyadı götürə bilməz. Onun dəyişmək istədiyi soyadı araşdırılmalı və kökü müəyyən olunmalıdır”.



Xəbərin oxunma sayı : 181




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap