“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda su qıtlığı böyüyəcək - Video

Tarix 30.11.23, 15:24

Font ölçüsü : - / +
bitmap-img6


"Bir neçə ildən sonra Azərbaycan su ehtiyatları ilə bağlı ciddi problemlərlə üzləşə bilər. Gələcəkdə su qıtlığının bütün əkin sahələrini əhatə edəcəyi proqnozlaşdırılır".

AzFakt.com xezerxeber.az-a istinadən xəbər verir ki, bu, Dünya Bankının "Azərbaycanın İqliminə və İnkişafına dair Hesabat"da əks olunub.

Hesabatın təqdimatı ilə bağlı keçirilən tədbirdə vurğulanıb ki, ölkənin sərhədlərarası su mənbələrindən asılılığı ilə əlaqədar yaranan risklər mövcud problemləri dərinləşdirir.

Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Roland Prays bildirib ki, su qıtlığı ilə yanaşı, temperaturun yüksəlməsi də bəzi sahələri təhlükə ilə üz-üzə qoyur.

İqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov su qıtlığına qarşı tədbirlərin görüləcəyinə diqqət çəkib. Onun sözlərinə görə, ölkəmizdə 2025-ci ilədək ortamüddətli, 2030-cu ilədək isə uzunmüddətli dövrdə ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikilməsi, alternativ sulardan istifadənin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması hədəflənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, son 10 ildə Xəzər dənizində suyun səviyyəsinin 114 santimetr azalması müəyyən problemlərə yol açıb.

Onun sözlərinə görə, artıq problemlə bağlı 5 Xəzəryanı ölkə tərəfindən araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:






Xəbərin oxunma sayı : 892




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap