Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda tikinti obyektlərinə dair tələblər dəyişib - Detallar

Tarix 30.09.20, 14:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda tikinti obyektlərinə dair tələblər dəyişib.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələrinin hazırlanması və tikintisinin həyata keçirilməsi, eləcə də həmin tikinti obyektlərinin yerləşəcəyi torpaq sahələrinin planlaşdırılması üçün zəruri ilkin məlumatlar əldə etmək məqsədi ilə mühəndis-axtarış işləri yerinə yetirilir. Mühəndis-axtarış işləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilir.

Hazırda mühəndis-axtarış işlərinin nəticələri həmin axtarış işlərinin başa çatdığı vaxtdan 10 gün müddətində sifarişçiyə və müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Dəyişikliyə əsasən, mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat hazırlanacaq. Başqa sözlə, mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat həmin axtarış işlərini aparan şəxs tərəfindən işlərin başa çatdığı vaxtdan 10 gün müddətində sifarişçiyə və müvafiq icra hakimiyyəti orqanına təqdim ediləcək.

Tikintiyə icazə verilməsinin ümumi qaydalarına da yeni əlavələr edilir. Qanun layihəsinə əsasən, artıq bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılacaq. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunacaq.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.



Xəbərin oxunma sayı : 808




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap