Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanda tutumu 3.4 milyon kubmetr olan gölün suyu boşaldılıb - Səbəb nədir?

Tarix 11.02.25, 9:54

Font ölçüsü : - / +
bitmap-img6


Goranboyun Səfikürd kəndi ərazisində olan göldə su yoxdur. 

Xezerxeber.az-ın məlumatına görə, daha çox sel suları ilə qidalanan süni göldə su payız qış mövsümündə toplanır. Yaz, yay aylarında rayonda güclü yağışlar olan zaman Səfikürd gölü bol sululuğu ilə seçilir. Gölün suyundan yaxınlıqda yerləşən kəndlərin təsərrüfatlarının suvarılmasında daha çox istifadə olunur.

Gölün ətrafında yaşayan sakinlər bildirir ki, orada su olanda əkin-biçin sahələrini rahat suvara bilirlər. Səfikürd gölündə toplanan su həyətlərdə qazılan quyuların da istifadəsini rahatlaşdırırdı. Göldə su olmadıqda isə həyətlərdə su quyuları quruyur. 

Məsələ il bağlı adiyyəti qurumlardan da münasibət öyrəndik. Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, sahəsi 50 hektar, su tutumu 3.4 milyon kubmetr, uzunluğu 645 metr olan Səfikürd gölü əsasən yaz aylarında yağış, sel suları ilə dolur. Göldə quruma olmayıb, suvarma ilə əlaqədar boşaldılıb. Növbəti aylarda yağış, sel suları ilə gölün suyu yenidən bərpa olunacaq.

Qeyd edək ki, gölün suyundan 20-yə yaxın kəndin əkin yerlərini suvarmaq mümkündür. 




Xəbərin oxunma sayı : 1003




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap