Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanda uşaqlara dini adların qoyulması halları azalıb

Tarix 21.06.18, 22:17

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda uşaqlara dini adların qoyulmasına maraq azalıb

Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, əvvəllər qız uşaqlarına Fatimeyi-Zəhra adının qoyulması üçün müraciətlər çox edilirdi. Lakin indi belə müraciətlər edilmir: "Dini adlara meyl əvvəlki illərə nisbətən azalıb. Digər tərəfdən, əvvəllər dini adlar qoyularkən mürəkkəb adlar təklif edilirdi. Məsələn, Həsən və Hüseyn adını bir yerdə yazmaq istəyənlər var idi. İndi görürsən ki, belə müraciətlərin sayı azalıb".

S.Sadıqova qeyd edib ki, hazırda dini adlar daha çox qızlara qoyulur.

Komissiyanın sədr müavini əlavə edib ki, qızlara qoyulan dini adlar arasında Quranda olan Betül, daha sonra isə Zəhra, Fatimə adları üstünlük təşkil edir.

S.Sadıqovanın sözlərinə görə, bəzi adlara olan maraq tamamilə dəyişib.

S.Sadıqova bildirib ki, oğlan uşaqlarına daha çox Həsən, Hüseyn adı verilsə də, artıq Tural, Tunqay, Turqay, Turan, Toğrul, Cavidan, Teymur, Temurçin də daha çox qoyulan adlar sırasına əlavə edilib:

"Bu adlar artıq adlar siyahısında 2-ci, 3-cü dərəcəli yerləri tutur. 2018-ci ildə oğlan uşaqlarına Cavidan, Teymur, Temurçin adları çox qoyulub. Yusub adı isə bu il ərzində heç bir uşağa qoyulmayıb".



Xəbərin oxunma sayı : 241




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap