Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanda unun qiyməti bahalaşacaq - Bu tarixdən

Tarix 04.06.23, 19:35

Font ölçüsü : - / +
bitmap-img6


Son 20 gündə Azərbaycanda unun qiyməti 3 %-dən çox ucuzlaşıb. Yerli mətbuatın yazdığına görə, ölkədə topdansatış mərkəzlərində 50 kiloqram un kisəsinin qiyməti 31,5 - 34 manat arası dəyişməsi müşahidə olunub.

Qeyd edilir ki, 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 31,5 manata "Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 35 manata "Nural” MMC satıb. 20 gün əvvəl isə "Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 32,5 manata, "Nural” MMC isə 36 manata satıb. Digər istehsal müəssiləri də 50 kiloqramlıq unu müxtəlif qiymətlərdə satıb. 

İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirib ki, son zamanlar ölkənin daxili istehlak bazarında unun qiymətində cüzi ucuzlaşma qeydə alınıb:

"Bu da onunla əlaqəlidir ki, artıq ölkədə taxılın biçim mövsümü başlayıb. Yay aylarında müxtəlif rayonlarda taxıl sahələrində biçimlərin başlanılması gözlənilir. 
 
Eyni zamanda buğda idxalı üzrə də vəziyyət qənaətbəxşdir. Məhz bu səbəblərə görə, unun qiymətində ucuzlaşmanın müşahidə edilməsi təbii haldır. 

Amma bu, müvəqqəti xarakter daşıyır. İlin sonuna qədər unun qiymətinin yenidən bahalaşacağı ehtimal olunur. Hesab edirəm ki, bu ehtimal özünü doğruldacaq". 



Xəbərin oxunma sayı : 895




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap