Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Ziraat Bank” Azərbaycan filialının gəlirləri azaldı - Hesabat

Tarix 23.01.18, 5:57

Font ölçüsü : - / +
bitmap-img6


"Ziraat Bank Azərbaycan” 2017-ci ili 4,063 milyon manat xalis mənfəətlə başa vurub.

Azxeber.com bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, bu 2016-cı il ilə müqayisədə 31,8% azalma deməkdir. Belə ki, 2016-cı ildə bankın xalis mənfəəti 5,956 milyon manat təşkil etmişdi.

2017-ci ildə bankın cəmi gəlirləri 13,5% artaraq 15, 968 milyon manat olub. 2016-cı ildə bu rəqəm 14,064 milyon manat olmuşdu.

Bankın xalis əməliyyat mənfəəti isə 2016-cı ildə 8,130 milyon manat ikən, ötən il 6,256 milyon manat təşkil edib. Başqa sözlə, xalis əməliyyat mənfəəti 30% azalıb.

Xatırladaq ki, "Ziraat Bank Azərbaycan” üç səhmdardan ibarət olmaqla açıq səhmdar cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası Anonim Şirkəti, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Sigorta Anonim Şirkəti və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler Anonim Şirkətidir.

 



Xəbərin oxunma sayı : 706




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap