Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanlı alim nərdin yeni növünü yaratdı – VİDEO

Tarix 08.02.18, 4:37

Font ölçüsü : - / +
bitmap-img6


Beş min illik tarixə malik nərddən bu günə qədər 100-ə yaxın oyun törəyib. Bu oyunlardan birini də azərbaycanlı alim Rəsul Əhmədov təkmilləşdirib. O, bu yeniliyinə görə patent də alıb.

Milli.Az bildirir ki, Rəsul Əhmədovun hazırladığı nərd adi qaydada oynanılan nərd oyunlarından xeyli fərqlənir. Burda saylar və xanalar çox olduğundan gediş kombinasiyaları da artır.

Rəsul Əhmədovun nərd oyunu qeyri-adi olması ilə yanaşı, oyun zamanı oyunçuları daha çox düşünməyə vadar etməsi ilə də fərqlənir. Burda qaydalar fərqli olduğundan uduzmaqda olan oyunçu son anda qalib də gələ bilər. Artıq bu oyunun rəsmi qaydada patenti alınıb.

Rəsul Əhmədov bundan əlavə bir neçə oyun da hazırlayıb. Onun uşaqlar üçün ərsəyə gətirdiyi intellektual oyunu bacarmaq üçün isə sadəcə 4-ə qədər saya bilmək kifayətdir.

İxtisasça kimyaçı olan Rəsul Əhmədovun hazırladığı oyunlara beynəlxalq idman arenasında da maraq böyükdür. Onun sözlərinə görə, dünya üzrə keçirilən nərd çempionatı zamanı hazırladığı nərdlər də nümayiş olunub və hər dəfə o, belə mötəbər yarışlara dəvət alır.

Alimin fikrincə, bu oyunlar ölkəmizin ixtirası kimi dünyaya çıxarılarsa, böyük səs-səda doğurar və Azərbaycan dünya idmanında daha bir ilkə imza atar. /xezerxeber.az








Xəbərin oxunma sayı : 427




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap