Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycanlı avtoritet bu şəhərə nəzarəti ələ keçirdi: “Xalilulin” məhv edildi

Tarix 15.10.21, 12:39

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Çelyabinsk vilayətinə nəzarət azərbaycanlı kriminal avtoritet İlham Osmanovun nəzarətinə keçib.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Osmanov yerli "Xaliulin” kriminal qruplaşmasının sonuna çıxaraq şəhərdəki əksər bazar və digər obyektləri nəzarətə alıb. 

Məlumata görə, o, Lotu Qulinin regiondakı tərəfdarlarını da səfərbər edərək adıgedən qrupun üzərinə yönəldə bilib. Artıq "Xalilulin”in lideri, qanuni oğru İvan Yuqay (Vanya Rezanıy) regionda təsir rıçaqlarını tam itirib. 

Deyilənə görə, Rezanıy əvvəl Osmanovla bir hərəkət edirmiş. Amma sonradan araları soyuyub. Osmanov kriminal dairələrdə belə bir şayiə də buraxıb ki, guya Quli İvan Yuqayın qanuni oğru adını əlindən alıb. Bundan sonra Kaslaydakı zavoda nəzarət də İlham Osmanovun əlinə keçib. 

Quliylə bərabər Osmanov digər nüfuzlu "oğru” Oleq Aşxabadskiylə də birləşərək Rezanıya son zərbəni vura bilib. 

İlham Osmanovun adı Rusiya hüquq-mühafizə orqanlarına çoxdan tanışdır. Hələ 2015-ci ilin martın 3-də Rusiya Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzə Baş İdarəsinin əməkdaşları kriminal avtoritet İlham Osmanovun hədə-qorxu yolu ilə 11 milyon rus rublunu mənimsəməsi barədə məlumat əldə etdikdən sonra əməliyyat keçirmişdilər. Yerli polis müəyən etmişdi ki, Osmanov həmin il fevralın 13-də Çelyabinsk şəhərində yerləşən "Engels” kafesində üç nəfər iş adamından 11,2 milyon rubl pul və "Volksfagen” markalı avtomobilinin sənədlərini güc vasitəsiylə hədə-qorxu ilə tələb edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Aleksandr Kiriçenko və 1978-ci il təvəllüdlü İlham Osmanov saxlanılıb. Əməliyyat zamanı onların üzərindən səs boğucusu olan tapança, 5 ədəd patron götürülmüşdü. Osmanovun 10 milyon rubl girov müqabilində azadlığa buraxmağı xahiş olunsa da, qəbul edilməmişdi. Çelyabinsk Mərkəzi rayon Məhkəməsi Osmanovu və onun iki dostunu 3 il sınaq müddəti ilə 3 il şərti azadlıqdan məhrum etmişdi, onlar amnistiyaya düşdüklərindən cəzadan azad olunmuşdular.



Xəbərin oxunma sayı : 817




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap