Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanlı avtoriteti döydürən “oğru”lar ələ keçdi

Tarix 29.06.17, 1:28

Font ölçüsü : - / +
bitmap-img6


Moskvada bir neçə “qanuni oğru” saxlanılıb

Lent.az xəbər verir ki, “Merani” restoranında əməliyyat keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal avtoritetlərin “sxodka”sının qarşısını alıblar. “Sxodka”ya yığışanlar Rusiyanın ən böyük şəhərlərindən birinə nəzarətçi (“smotryayuşi”) təyin etməliydilər.

Məlumata görə, saxlanılanların sayı 11 nəfərdir. Onların arasında Kaxa Qalski və Qudja Kutaisski kimi nüfuzlu “qanuni oğrular” da var. Avtoritetlər Novosibirskə Paşa Beşenni ləqəbli Pavel Brusentsevi nəzarətçi təyin etməliydilər.

Pavel Brusentsev Antip ləqəbli “qanuni oğru”ya yaxınlığı ilə tanınır. Məhz o və Antip bir qədər əvvəl Novosibirskdə azərbaycanlı avtoritet Kənan Cəlilovu həbsxanada ölümcül döydürmüşdülər. Cəlilov Novosibirskdə heç kimlə hesablaşmayan avtoritet kimi tanınırdı. Bir neçən maddəylə həbsdə yatsa da yenə də şəhərdəki əksər ticarət nöqtələrinə nəzarət edirdi. O vaxt təcridxana rəisinə külli miqdarda rüşvət verən Beşenni və Antip 10 nəfərdən çox məhbusun Cəlilovun kamerasına soxularaq, onu ölümcül döyməsinə nail olmuşdular. Cəlilov bir neçə gün koma vəziyyətində olsa da, həkimlərin səyi ilə ölümdən dönmüşdü. O hazırda azadlıqdadır və əlil arabasında gəzir. Məlumata görə, Cəlilov Novosibirskdə hələ də söz sahibidir.



Xəbərin oxunma sayı : 181




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap