Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanlı deputat Saakaşvilinin partiyasını xilas edir

Tarix 15.01.17, 20:40

Font ölçüsü : - / +
bitmap-img6


Mixail Saakaşvilinin "Vahid Milli Hərəkət" Partiyasının (VMHP) parlament fraksiyası yox olmaq təhlükəsi ilə üzləşmişdi.

Virtualaz.org-un xüsusi müxbiri Fridon Doçiyanın Tiflisdən verdiyi məlumata görə, bu, bir qrup fraksiya üzvünün qurumun tərkibindən çıxmasından, qalmaqallı və gözdən düşmüş siyasətçinin nəzarətində olmayan ayrıca partiya yaratmaq barədə rəsmi bəyanat verməsindən sonra məlum olmuşdu.

Yeri gəlmişkən, bu deputat qrupu Mixail Saakaşvilinin Gürcüstana hansısa bir siyasi təsir göstərə biləcəyi yeganə vasitədir. Vəziyyət o qədər ciddi idi ki (hər halda sabiq prezident və onun partiyası üçün), VMHP-nin fəalları öz liderləri ilə məsləhətləşmələr aparmaq üçün təcili Kiyevə uçmuşdular.

Görüş keçmiş şənbə günü keçirilib və orada mövqeyi son ana qədər bəlli olmayan deputat Azər Suleymanov da iştirak edib.

Və məhz o, öz “Feysbuk” səhifəsində millətçilərə ünvanladığı birmənalı bəyanatla vəziyyəti, necə deyərlər, xilas edib: "İctimai maraqlardan çıxış edərək bildirmək istəyirəm ki, mən "Milli hərəkat"ın üzvü olmuşam və üzvü olaraq qalıram. Mən daha yaxşı Gürcüstan naminə bu fraksiya sıralarında parlamentdəki fəaliyyətimi davam etdirirəm".

Beləliklə, M.Saakaşvili ilə birlikdə indi millətçilər də sakitcə nəfəslərini dərə bilərlər: fraksiyanın altıncı üzvü tapılıb və "Vahid Milli Hərəkət" Partiyası parlamentdə öz qeydiyyatının proseduruna başlaya bilər.



Xəbərin oxunma sayı : 94




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap