Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanlı iş adamı Fizuli Məmmədov:“Yüz şəhid ailəsinin hər birinə 11 min manat ödəməyə hazıram!“

Tarix 13.12.18, 10:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanlı iş adamı Fizuli Məmmədov 100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazır olduğunu bildirib. 

AzFakt.om xəbər verir ki, bu barədə məşhur iş adamı “Facebook” səhifəsində yazıb.

F.Məmmədov bizneslə məşğul olan digər həmvətənlərimizi də şəhid ailələrinə dəstək olmağa səsləyib.

İş adamının qeydlərini oxuculara təqdim edirik:

“​Çox məyusedicidir ki, şəhid ailələrinin problemləri yenidən Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Oktyabrın ortalarından bəri təxminən 100 şəhid ailəsi mütəmadi olaraq Milli Məclis və Azərbaycan Prezidenti Administrasiyası binalarının qarşısında aksiya keçirirlər. Onlar Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş ailə üzvlərinə düşən təzminatların ödənilməməsindən şikayət edirlər.

Xatırladıram ki, Azərbaycan Prezidenti İlham Əliyev 1991 ci ildən 2 avqust 1997 ci ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında fərman imzalamışdır. Birdəfəlik ödəmələrin verilməsinə 9 oktyabrdan başlanmışdır. Buna baxmayaraq, bir çox şəhid ailələrinə ödəmələrdən imtina edilmişdir.  ​

Mən hesab edirəm ki, əgər dövlət öz öhdəliklərini vaxtında yerinə yetirə bilmirsə, belə şəraitdə azərbaycan biznesinin, o cümlədən diasporun nümayəndələri şəhid ailələrinə kömək etməlidirlər. Öz oğullarını itirdiklərinə görə ödəmə almaq üçün çoxsaylı aksiyalar keçirən şəhid analarının alçaldılmasına qətiyyən yol vermək olmaz. Bu məsələnin ümummilli biabırçılıq səviyyəsinə çatdırılmaması üçün dərhal şəhid analarının problemlərini həll etmək lazımdır. Axı onların oğulları bizim ümumi Vətənimiz Azərbaycanı müdafiə edərkən həlak olublar. Ona görə də biz hamımız bu qadınlar qarşısında borcluyuq”.



Xəbərin oxunma sayı : 259




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap