Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanlı milyarder Putini tənqid etdi: “Ordu yoxdur...“

Tarix 26.03.23, 21:05

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanlı milyarder Fərhad Əhmədovla rusiyalı prodüser İosif Priqojinə aid olduğu iddia edilən telefon danışığının səs yazısı üzə çıxıb.

AzFakt.com Globalinfo.az-a istinadla xəbər verir ki, telefon danışığı zamanı hər iki şəxs Rusiya rəhbərliyi və Prezident Vladimir Putinin addımlarını dəyərləndirərək, onun fəaliyyətini tənqid ediblər.

Üstəlik, Fərhad Əhmədov Priqojinə müraciətində ölkə rəhbərliyinin Rusiyanı bataqlığa atdığını və indiyə qədər gələcəklə bağlı normal açıqlama eşitmədiyini bildirib:

"Onlar öz aralarında bir-birini qırırlar, bəyanatlar ziddiyyətlidir, konsolidasiya və koordinasiya olunmayıb. Vətəndaş qarşıdurması, hakimiyyət uğrunda mübarizə gedir. Onların kollektiv günahı var. O deyir ki, əsas ordudur, amma bəlli oldu ki, heç ordu da yoxdur. Bizdə respublikadır, prezident ölkəsidir. Prezident hər şeyə görə cavab verəcək. Hər şeyə görə! Ondan soruşacaqlar”.

Həmsöhbətlər həmçinin Moskvanın Ukraynadakı işğalçılıq fəaliyyətindən də narazılığını ifadə ediblər. Belə ki, hər iki şəxs Putinin ətrafının yalan məlumatlar verərək, onu bəlanın içərisinə itələdiyini deyiblər.

Əhmədov Priqojinə Rusiyanın gələcəyindən qorxduğunu və bundan sonra ölkədə vətəndaş müharibəsinin olub-olmayacağını təxmin edə bilmədiyini söyləyib. Milyarder Rusiyanın Ukraynadakı savaşını "qardaşın qardaşı öldürməsi” adlandırıb və Moskvanın bundan necə canını qurtaracağını bilmədiyini qeyd edib.



Xəbərin oxunma sayı : 562




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap