Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Azərbaycanlı modelin adı Tramp-Rusiya təhqiqatında: general Flinn və 530 min dollar...

Tarix 29.05.17, 18:06

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Trampın keçid komandasının üzvü və daha sonra cəmi 22 gün onun milli təhlükəsizlik müşaviri işləmiş kəşfiyyat generalı Maykl Flinnin adı bu dəfə türkiyəli biznesmenlə evli olan azərbaycanlı seksual modellə hallanır. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Mother Jones” jurnalının araşdırmasında deyilir.



ABŞ hərbi kəşfiyyatının rəhbəri olmuş general Flinnin adı həm Rusiya ilə şübhəli əlaqələrdə, həm Türkiyə hakimiyyətinin lobbiçiliyini etmək üçün Ərdoğana yaxın iş adamından iri məbləğdə pullar almaqda hallanır. Xəbər verildiyi kimi Maykl Flinn milli təhlükəsizlik müşaviri təyin edilməzdən əvvəl Trampın keçid komandasının üzvü kimi Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla gizli telefon danışıqlarına görə istefaya məcbur olub. Həmin telefon danışıqlarında Flinn demişdi ki, Tramp səlahiyyətlərinin icrasına başlayanda Obamanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcək.



Habelə Maykl Flinn ABŞ-dakı prezident seçkilərindən əvvəl Moskvaya etdiyi səfər və “Rossia Today” telekanalının yubileyində prezident Putinlə yanaşı oturması ilə də tanınır. Flinn etiraf edib ki, bu iştiraka görə ona 45 min dollar ödəyiblər. Hazırda həm Konqresin xüsusi komissiyası, həm Federal Təhqiqatlar Bürosu Maykl Flinin həm Türkiyə hakimiyyətinin xeyrinə lobbiçilik fəaliyyətini, həm Rusiya ilə əlaqələrini araşdırmaqdadır.

“Mother Jones” yazır ki, Flinnlə bağlı qalmaqalların içərisində onun ötən il Trampın seçki komandasının əsas müşavirlərindən biri olduğu halda Türkiyə hakimiyyətinin maraqlarının müdafiəçisi kimi çıxış edərək üst-üstə 530 min dollar aldığı daha çox diqqəti cəlb edir. Amerika qanunvericiliyinə görə xarici ölkələrin maraqlarını təmsil etmək qanunsuz deyil, bir şərtlə ki, lobbiçilik müqaviləsini vaxtında Ədliyyə Nazirliyində qeydiyyatdan keçirəsən. Flinn isə Türkiyənin xeyrinə lobbiçilik edəndə müqaviləni qeydiyyatdan keçirməyib.



Sənədlərə əsasən Flinni Türkiyə hakimiyyətinin xeyrinə lobbiçilik etmək barədə müqaviləni Hollandiya konsaltinq şirkəti “İnovo BV” ilə 2016-cı ilin avqustunda bağlayıb. Həmin firma Türkiyə-Amerikan Biznes Şurasının sədri Ekim Alptekinə məxsusdur. Müqaviləyə əsasən Flinn Pensilvaniyada mənzillənən və Türkiyə üçün “bir nömrəli terrorçu” statusunu daşıyan Fətullah Gülən barədə araşdırmalar aparmalı, kompromatlar toplamalı idi.

Lakin Alptekinin vəkilləri deyir ki, “İnovo BV” firması İsrailin “Ratio Oil Explorotion” qaz şirkətin təmsil edirdi və onun Flinnlə müqaviləsinin məqsədi İsrailin Türkiyəyə təbii qaz ixracı üçün lobbiçilik idi. Lakin bu ilin martında Alptekin özü jurnalistlərə açıqlamasında Flinnlə müqavilə bağladığını təsdiqləyib, bunun Türkiyə və regionla bağlı geosiyasi analiz aparmaq, Türkiyəyə investisiya qoymaq istəyən energetika şirkətləri üçün biznes mühitini araşdırmaq məqsədi daşıdığını deyib. Habelə Alptekin onun Hollandiyadakı firmasının Türkiyə hakimiyyəti ilə hər hansı əlaqəsinin olmadığını bildirib.



Lakin  “İnovo BV”  ilə bağlanmış müqavilə sayəsində ötən il sentyabrın 19-da Maykl Flinn Alptekinin Nyu-Yorkdakı “Essex House” otelində Türkiyədən olan rəsmilərin də iştirakı ilə təşkil etdiyi toplantıda olub. Həmin toplantıda Gülənin oğurlanmasından söhbət gedib. Hərçənd hər iki tərəf bunu təkzib edir.

Flinnin FTB-yə təqdim etdiyi sənədlərə əsasən o, ötən il sentyabrın 9-dan noyabrın 14-nə qədər “İnovo BV” firmasından üç dəfəyə olmaqla cəmi 530 min dollar alıb. Alptekinin amerikalı vəkillərinin bildirdiyinə görə, bu pulların heç biri Türkiyədən göndərilməyib. Bu ilin aprelində Alptekin Hollandiya mətbuatına deyib ki, Flinnin layihəsi üçün pullar onun arvadının və İsrailin təbii qaz şirkəti “Ratio Oil Exploration”un hesabından ödənilib. Ancaq İsrail şirkəti Alptekinlə hər hansı əlaqələrinin olduğunu təkzib edib.

Bəs Alptekinin arvadı kimdir? Jurnal yazır ki, bu, azərbaycanlı model, bir vaxtlar iki digər modellə birlikdə Türkiyənin “Adrenalin” adlı populyar olmayan pop-qrupunda solist olan Nigar Talıbovadır (Nigar Alptekin). Həmin pop-qrupun YouTube-də 2012-ci ildə yerləşdirilmiş videoklipi cəmi 4387 dəfə izləyib. Nigar Alptekinin Tvitter bloquna isə cəmi 155 nəfər yazılıb.

Lakin internetdə Nigar Talıbovanın çoxsaylı açıq-saçıq, hətta lüt fotolarına rast gəlmək mümkündür. Bu gözəlçə ilə bağlı xəbərlər vaxtaşırı olaraq Azərbaycanın sarı mediasının da səhifələrində özünə yer tapır. Onun türkiyəli milyonçu Ekim Alptekinlə evlənməsi barədə xəbərlər də o cümlədən.



“Mother Jones” bildirir ki, Ekim Alptekin ötən həftə Amerika-Türkiyə münasibətlərinə həsr olunmuş konfransda iştirak etmək üçün Vaşinqtonda idi. Jurnalın əməkdaşı ondan Flinnə ödənilmiş pulların mənbəyi və arvadının bu işdəki rolu barədə soruşub, lakin biznesmen suallara cavab verməyib. Flinnin vəkili də məsələ ilə bağlı şərh verməkdən imtina edib.

“Ola bilsin Alptekin doğrudan da arvadının və İsrail energetika şirkətinin pullarını Flinnin xəlvəti lobbiçilik fəaliyyəti üçün ödəyib. Lakin həmin pulların mənbəyinin təsdiqlənməsi Flinnlə bağlı təhqiqat aparan FTB əməkdaşları üçün görüləcək işlərin siyahısındadır”-jurnal yazır.

Qeyd edək ki, son günlər Trampın və onun komandasının üzvlərinin Rusiya ilə şübhəli əlaqələrinə dair həm Konqresin kəşfiyyat komitələri, həm FTB tərəfindən aparılan təhqiqat dərinləşib. Senatın kəşfiyyat komitəsi Trampın seçki qərargahından bütün sənədləri, o cümlədən elektron yazışmaları və telefon danışıqlarını təqdim etməyi tələb edib.

Habelə xüsusi prokuror Robert Müller Trampın və ailə üzvlərinin son illərdə Rusiya ilə birbaşa və ya dolayısı ilə bağlı ola biləcək bütün biznes sövdələşmələrini araşdıracaq. Bu günlərdə təhqiqatın  Trampın kürəkəni Cared Kuşneri də əhatə etdiyi açıqlanıb. Kuşner Trampın prezident səlahiyyətlərinin icrasına başlamasından əvvəl Rusiya səfiri Sergey Kislyakla iki dəfə görüşüb, habelə telefonla danışıb. Bu müzakirələrdə Trampın komandası ilə Rusiya arasında xüsusi xidmət orqanlarının nəzarətindən kənar informasiya kanalının yaradılması müzakirə olunub.





Xəbərin oxunma sayı : 850




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap