“Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram” “Pişiyimin dərisini soyub saxlayıram” - Elza Lalə Azərtaş 5 ildən sonra efirə qayıtdı Fədayə Laçının həbs müddəti uzadıldı
Axtar
 
  • / Maqazin / — 19 Yanvar 2018

    “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram”

  • / Maqazin / — 18 Yanvar 2018

    “Pişiyimin dərisini soyub saxlayıram” - Elza

  • / Maqazin / — 16 Yanvar 2018

    Lalə Azərtaş 5 ildən sonra efirə qayıtdı

  • / Maqazin / — 15 Yanvar 2018

    Fədayə Laçının həbs müddəti uzadıldı

  • / Maqazin / — 14 Yanvar 2018

    Ajda Pekkan Azərbaycan mahnısına belə rəqs etdi - Video

  • / Maqazin / — 14 Yanvar 2018

    Daha bir serial reytinq qurbanı oldu

Azərbaycanlı zəvvarlar sabahdan Bakıya qayıdır

Tarix 11.09.17, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların ilk qafiləsi sabah Vətənə qayıdacaq

Yerli KİV-in Qafqaz Müsəlmanları İdarəsinə istinadən məlumatına görə, hazırda zəvvarların əksəriyyəti Məkkə şəhərindən Mədinəyə gedib.

Sentyabrın 12-də ilk zəvvar qafiləsini gətirəcək təyyarə yola çıxacaq.

Həmin təyyarə Bakı vaxtı ilə saat 16:30-da paytaxtda olacaq.

Sabah hacıları gətirən daha bir təyyarə reysi həyata keçiriləcək.

Digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər.

Qeyd edək ki, bu il kvota 600 nəfər nəzərdə tutulmuşdu. Amma Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.

Bununla belə, bu il zəvvarların sayı ötən ildəkindən azdır. Belə ki, 2016-cı ildə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub.

Onu da qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollar olub.



Xəbərin oxunma sayı : 118

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda