Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanlılar daha dollar almır? - “Karantinin yumşaldılması tələbi artıracaq“

Tarix 02.09.20, 15:05

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən avqust ayı ərzində valyuta hərraclarında 478 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Avqustda valyuta satışında iyul ayı ilə müqayisədə 7,3% azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin iyul ayı ərzində ARDNF tərəfindən 515,5 mln. dollar məbləğində vəsait satılıb.

Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları, fevral ayı ərzində 543,4 milyon ABŞ dolları, mart ayı ərzində 1 milyard 928,3 milyon ABŞ dolları, aprel ayı ərzində isə 531,1 milyon ABŞ dolları, may ayı ərzində 334 milyon ABŞ dolları, iyun ayı ərzində 373,2 milyon ABŞ dolları, iyul ayı ərzində isə 515,5 milyon ABŞ dolları məbləğində valyuta satılmışdır.

Maraqlıdır, pandemiya dollar satışına necə təsir edib? Ölkəmizdə dollara təlabatla bağlı ötən illərlə müqayisədə hansı dəyişikliklər müşahidə edilib?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, mart ayında valyutaya təlabatda ciddi yüksəliş olub:

"Çünki neftin qiymətinin kəskin düşməsi və karantin rejiminin hələ o zaman güclü vəziyyətdə işə düşməməsi qonşu ölkələrdə də milli valyutaların dəyərdən düşməsi ilə paralel olduğu üçün manata basqıları artırdı və manata basqıların artması təlabatı yüksəltdi. Son illərin ən yüksək tələbini biz mart ayında gördük. Mərkəzi Bank 1.9 milyard dollar, az qala 2 milyarda yaxın satış həyata keçirdi. Həmin bu satış bir müddət dollara olan artıq təlabatın ödənilməsinə xidmət etdi. Yəni kim əlində vəsait var idisə, dollara çevirmək prosesini mart ayında başa çatdırdı".

O bildirib ki, sərt karantin rejimi valyutaya təlabatı azaldıb:

"Çünki ölkənin bir çox şəhərlərində, xüsusilə də Bakıda və Abşeron rayonlarında qeyri-ərzaq satışlarının dayandırılması,"Mall"arın bağlanması və ticarət şəbəkəsinin demək olar ki, durma nöqtəsinə gəlməsi söhbət qeyri-ərzaq ticarətindən gedir valyutaya təlabatı da azaltdı. Çünki satış olmadıqca, dövriyyə olmadıqca xaricdən əlavə malların sifarişi də dayandırıldı. Bu da dolların ölkədən çıxışının sürətinin azalmağına səbəb oldu. Nəticədə aprel, may, iyun aylarında dollara təlabat son aylarla, hətta son illərlə müqayisədə minimun səviyyəyə endi".

Ekspert qeyd edib ki, avqust ayından başlayaraq dollara təlabatda artım müşahidə edilib:

"Avqust ayında növbədi dəfə dollara təlabatın az da olsa, hər həftə artdığının şahidi oluruq. Bunun da səbəbi iqtisadiyyatın artıq bir çox sahələrinin açılması, qeyri-ərzaq ticarətinin açılması və məktəb mövsümünə hazırlıqla əlaqədardır. Xaricdən gətirilən məhsulların həm həcmi, həm də çeşidi artır və bu da təbii ki, dollara olan təlabatı artırır".



Xəbərin oxunma sayı : 5896




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap