Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanlıların əmək haqqı hansı ölkə vətəndaşlarından azdır? –Qubad İbadoğludan maraqlı təhlil və CƏDVƏL

Tarix 30.12.18, 14:12

Font ölçüsü : - / +
bitmap-img6


“Avropa və bəzi MDB ölkələrində orta aylıq nominal əmək haqqı siyahısında Azərbaycan sonuncu sıradadır”.

AzFakt.com bildirir ki, bunu iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədəki statusunda yazıb.

İqtisadçı bildirib ki, 2017-ci və 2018-ci ilin məlumat bazasında hazırlanmış cədvəl məlumatlarından göründüyü kimi, Azərbaycan nəinki postsosialist, hətta Avropa coğrafiyasında yerləşən keçmiş sovet respublikaları arasında orta aylıq nominal əmək haqqı göstəricisinə görə ən sonda qərarlaşıb: “Azərbaycanda işləyənlərin orta aylıq nominal əmək haqqı 281 avro təşkil edir ki, bu da enerji resursları ilə zəngin olan ölkələrdən – Danimarkadan 18.5, Norveçdən 16.5, Hollandiyadan 10, Rusiyada 1.85, Qazaxıstandan isə 1.5 dəfə aşağıdır. Hesablamalar göstərir ki, Rusiyada ÜDM-in 45 faizindən çoxu, Qazaxıstanda ÜDM-in 30 faizindən çoxu əmək haqqına yönəldiyi halda, Azərbaycanda müvafiq göstərici ÜDM-in 20 faizindən də azdır.

Təəssüf hissi ilə onu da qeyd etməliyik ki, Azərbaycan bu göstəriciyə görə nəinki neft-qaz resursları ilə zəngin olan ölkələrdən, hətta Ermənistan və Gürcüstan kimi heç bir təbii resursa malik olmayan kasıb ölkələrdən də geri qalır. Belə ki, Azərbaycanda orta aylıq əmək haqqı Ermənistandan 1.45, Gürcüstandan isə 1.3 dəfə azdır”.

Daha təfsilatlı məlumatları şəkil bölməsində təqdim olunmuş cədvəldən əldə edə bilərsiniz:






Xəbərin oxunma sayı : 2869




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap