Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanlıların rus dilində təhsil sevdası: uşaqları çətinə salan kimlərdir?

Tarix 13.03.19, 1:35

Font ölçüsü : - / +
bitmap-img6


Bir tərəfdən uşaqların təhsil hüququ məhdudlaşdırılır, digər tərəfdən millət üçün qorxulu olan bir tendensiya gedir...

Bu günlərdə 1-ci siniflərə elektron qəbul prosesi başlanıb. Elə ilk günlərdə bir çox narazılıqlarla müşayiət olunan prosesdə ən böyük çətinliyi isə övladını digər dildə, təhsil aparılan bölməyə, yəni rus bölməsinə qoymaq istəyən valideynlər yaşayıblar. Belə ki, bu şagirdlərin rus dilində nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsabiqə bir çox hallarda rüşvətə yol açıb. Əməkdaşlarımızdan birinin yaxın qohumu da eyni halla üzləşib. Onun sözlərinə görə, valideyn  6 yaşlı qızını növbəti dərs ili üçün rus bölməsinə yerləşdirmək istəyib, ondan əvvəlcə 600, sonra 850 manat şirinlik tələb ediblər. Səbəb isə odur ki, bütün yerlər tutulub, tələbat çoxdur və müsabiqə böyükdür. Problem bir yana, bu fakt həm də  azərbaycanlıların rus dili bölməsi sevdasının nə qədər qabarıq olduğunu göstərir.

ƏTRAFLI
Nar.az

Rus dili bölməsinə qəbulla bağlı yaranan problemə gəlincə, 13 mart 2019-cu ildə başlayacaq 1-ci siniflərə elektron qəbulda yeniliklərlə bağlı bir çox yeniliklər tətbiq olunur. Belə ki, 2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölməni seçdiyi zaman uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi tələb olunur. Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün şəxsi kabinet yaradıb, övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq müvafiq komissiyaya qeydiyyata yazılır. Bu prosesin yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır. Bu qiymətləndirmənin nəticəsi 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.

Təhsil eksperti Kamran Əsədov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bununla Təhsil Nazirliyi uşaqların təhsil almaq hüququnu pozur və özləri üçün yeni "gəlir mənbəyi” yaradır: "Təhsil nazirliyinin təklif etdiyi bu yenilik ölkə Prezidenti İlham Əliyev tərəfindən 2013-cü ildə qəbul edilmiş "Təhsilin inkişafı üzrə dövlət strategiyası”na ziddir. Belə ki, təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulan təhsilin əlçatanlılığı prinsipini kobud şəkildə pozulur. Ölkə Prezidenti həmişə çıxışlarında qeyd edir ki, Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib. Amma təhsil Nazirliyi bunun qarşısını alır.  1-ci siniflərə müsahibə təyin edib yaxşı gəlir əldə etmək istəyirlər. Deməli, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizə ilə müraciət edilib. Onlardan 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. Bu il, 2019-2010-ci tədris ilində bu rəqəmin artacağı qaçılmazdır. Sizcə azı 15 032 şagirdi şəffaf müsahibədən keçirmək üçün təhsil nazirliyinin resursu, kadrı yoxdur. Bu proses şəffaf şəkildə həyata keçirilməyəcək. Nəzərə alsaq ki, elektron qaydada nə qədər valideyn yer olmadığı üçün seçim edə bilmir. Amma bu seçimə insan faktoru təsir edəcəyinə görə kasıbın balası, imkansız şagirdlər daha rus bölməsində təhsil ala bilməyəcəklər”. 

Ekspertin sözlərinə görə, bu insanların təhsil hüququnun kobud şəkildə pozulmasıdır: " Konstitusiyanın 42-ci maddə Təhsil hüququnu ehtiva edir, orada bildirilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Ana qanunun 45-ci maddəsində isə qeyd edilir ki, hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Bunlar ölkənin ali qanunun tələblərini öz maraqlarına görə ciddi şəkildə pozurlar”.

Həmçinin, Təhsil haqqında qanun: 19.9. maddəsində bildirir ki, ibtidai təhsilin məqsədi təhsilalanlara охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmaqdan ibarətdir. Yəni uşaq bunları öyrənib hazır vəziyyətdə məktəbə gəlməli deyil, əksinə məktəbdə öyrənməlidir.

Azərbaycan Respublikasında dövlət dili haqqında qanunda isə vətəndaşların dil seçmək hüququ təmin edilib. Qanunun 3-cü maddəsi  Azərbaycan Respublikası vətəndaşlarının təhsil üçün dil seçmək azadlığı təmin edilir.

Bu məsələdə digər bir problem isə azərbaycanlıların rus dilli təhsilə meyl etməsidir. Ana dilində təhsili seçmək əvəzinə övladını rus dilinə yönəldib, bu dildə təhsil almasını, rusdilli azərbaycanlı kimi yetişməsini istəyən valideynlərin sayı gündən-günə artır.

"Yeni Müsavat”a açıqlamasında bu duruma münasibət bildirdən sabiq təhsil naziri, türkoloq alim Firudin Cəlilov bildirdi ki, bu Azərbaycan millətinə qarşı çox hiyləgərcəsinə düşünülmüş bir oyundur. İnsanlar da sonrasını düşünmədən bu oyuna gedirlər. Burada ziyalılar , müəllimlər, alimlər, siyasi partiyalar öz sözlərini deməlidirlər. bu sadəcə xoşagəlməz bir hal kimi qələmə vermək olmaz. Bunun arxasında çox hiyləgərcəsinə düşünülmüş oyunlar var. Bu gün 1-ci sinfə rus bölməsində başlayan uşaq sabah rusdilli azərbaycanlı olacaq. Nizamini, Füzulini, M.F. Axundovu öyrənməyən bir gəncdən nə gözləmək olar. Qonşu ermənilərə baxsaq, onlar ölkədə bir dənə də rus məktəbi universiteti saxlamadılar. Çünki onlar millətlərini qoruyub saxlamaq istəyirlər, tarixdən silinib getmək istəmirlər. Nursultan Nazarbayev də belə bir qərar verdi və Qazaxıstanda rus dili dövlət dili kimi qadağan edildi. Halbuki son yüz ildə Qazaxıstanda rus dili aparıcı dil idi. Heç ötən əsrin 50-ci illərində bu ölkədə qazax dilində məktəb də yox idi. Hökumət öz millətinin gələcəyini düşünməlidir. Təhsil Nazirliyi adında bir qurum var, onlar nə işlə məşğuldurlar? Bu çox narahat edən bir faktordur”.  

Təhsil eksperti Etibar Əliyev isə mətbuata açıqlamasında bildirib ki, son illər cəmiyyətdə rus dilinə tələbat artıb: "İngilis dili dünyada dominantlığını qoruyub saxlasa da bizdə rus dilinə maraq daha çoxluq təşkil edir. Nəinki orta məktəblərdə, hətta ali məktəblərdə təhsil olan tələbələrin rus dilinə marağı artıb. Rus dili öyrənmək üçün kurslara gedənlərin sayı çoxalıb. Bunun çoxsaylı səbəbləri ola bilər. Səbəblərdən biri keçmiş postsovet ölkəsi olmağımızdır. Lokal səviyyədə ölkədən kənara çıxdıqda rus dili bizə çox lazım olur. Hətta, deyərdim ki, Amerika, Avropa və digər xarici ölkələrdə belə rus dili biliyimiz köməyimizə çatır. Keçmiş postsovet ölkəsi olduğumuzdan bu dili mənimsəmək ingilis dilini mənimsəməkdən daha rahatdır, daha asandır.

Məktəblərdə rus dili bölməsində sıxlığın yaranmasına gəlincə, ekspert bunu rus məktəblərinin, hətta Azərbaycan məktəblərindəki rus bölmələrinin sayını kəskin azaldılması ilə izah etdi: "Rus bölmələrində ciddi ixtisarlar getdi. Bununla da, cəmiyyətin tələbatı ilə uyğunsuzluq yarandı”.



Xəbərin oxunma sayı : 226




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap