Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azercell-dən Barama startaplara növbəti dəstək

Tarix 23.09.17, 16:51

Font ölçüsü : - / +
bitmap-img6


Azercell Telekom MMC- nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə startaplara dəstək məqsədilə daha bir layihəni həyata keçirir

Gənc startapların dünyagörüşünü artırmaq və onları öz layihələrini uğurla həyata keçirməyə yardımçı olmaq üçün Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi "Mentorlarla səhər yeməyi" layihəsinə başlayıb.  Sentyabrın 22-dən başlayaraq hər ayın 3-cü cümə günü uğurlu biznes adamları və sahibkarlarla startapların  işdən kənar 1.5 saatlıq görüşü təşkil olunacaq. Görüşdə startapların hal-hazırda üzərində işlədikləri layihələr müzakirə olunacaq, eləcə də  gələcəkdə reallaşdırırlması mümkün olan işlər üçün dəyərli məsləhətlər veriləcək.  Görüşdə biznesin idarə olunması, investor və tərəfdaşların aşkar edilməsi, satışların artırılması, əlaqələrin genişləndirilməsi və s. üzrə mövzu üzrə müzakirələr də aparılacaq.  
Sentyabrın 22-də baş tutan ilk görüşdə “Golden Pay” şirkətinin təsisçisi və İdarə Heyətinin Sədri, sahibkar Fərid İsmayılzadə startaplarla öz iş təcrübəsini bölüşüb. Qeyd edək ki,  Fərid İsmayılzadə İngilis dili Gimnaziyanı  bitirdikdən sonra, Türkiyənin Bilkent Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsilini davam etdirib. 19 yaşında, nümunəvi tələbə kimi Bilkent Universiteti bitirdikdən sonra, San Jose Dövlət Universitetində təhsil alıb. 2007-ci ildə Azərbaycanın ilk onlayn ödəmə şirkətini yaradıb. Bu gün GoldenPay ölkənin ən böyük online ödəmə xidməti təchizatçısıdır. 2011-ci ildə “hesab.az” portalını təsis edib. 



Xəbərin oxunma sayı : 115




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap