“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Böyük Britaniya şirkəti Azərbaycanda qızıl hasilatı üzrə proqnozunu artırıb – Hesabat

Tarix 24.11.20, 21:48

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti “Gədəbəy” yatağı ilə bağlı proqnozunu yeniləyib.

Bu barədə şirkətin məlumatında bildirilir.

Qeyd olunur ki, yatağın 2020-ci maliyyə ili ilə bağlı qızıl hasilatı proqnozu 72 min unsiyaya qədər artırılıb. Şirkətin oktyabrın 14-də açıqladığı proqnoza əsasən, bu rəqəm 68 min unsiya təşkil edirdi.

Şirkətin gözləntilərinə görə, 2020-ci ildə satış həcmləri 100 milyon ABŞ dollarına çatacaq.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan “Uğur” yatağında da hasilatla məşğuldur/Report.



Xəbərin oxunma sayı : 799




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap