Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Böyük müharibəyə hazırlıqlar başladı

Tarix 12.03.18, 20:33

Font ölçüsü : - / +
bitmap-img6


İsrail ordusu ölkə miqyasında “böyük müharibəyə hazırlıq” çərçivəsində təlimlərə başlayıb

Dünən yerli vaxtla saat 19:00-da başlayan təlimlər 7 gün davam edəcək.

İsrailin müdafiə naziri Aviqdor Liberman keçən ay verdiyi açıqlamasında Livanın “Hizbullah” hərəkatı müharibəyə başlayarsa, İsrailin bütün gücündən istifadə edəcəyini və quru qüvvələrinin Livana girəcəyini bildirmişdi. O, bütün Beyrutun sığınacaqlarda olacağını söyləmişdi.

“Müharibə başlayarsa, İsrail əsgərləri Livan torpaqlarının dərinliklərinə enməlidir. Kimsə macəra arxasınca qaçmır. Məqsədimiz işi mümkün qədər tez və dəqiq bitirməkdir. Təəssüf ki, Yaxın Şərqdəki bütün münaqişələrdə görünən budur ki, əsgərlər sahəyə enmədən əməliyyat bitmir. Belə əməliyyatlar üçün böyük səy göstərmək və təəssüf ki, insan itkisi vermək lazımdır. Bütün variantlar açıqdır. İstifadə etməsək belə, manevrlərin seçimi üçün hazır olmalıyıq”, - İsrailin müdafiə naziri deyib.

Mümkün qədər tez irəliləyəcəklərini deyən nazir hər şeyin 2006-cı ildən fərqli olacağını söyləyib: “İkinci Livan müharibəsində olduğu kimi Beyrut sakinlərinin çimərlikdə günəş vannası qəbul edərkən Təl-Aviv sakinlərinin sığınacaqlara enməsi görüntülərini görməyəcəyik. İsraildəkilər sığınacaqlarda oturursa, növbəti müharibədə bütün Beyrut sığınacaqlarda olacaq”.
İsrail ordusuna görə, “Hizbullah” Livanın cənubunda İsrail sərhədi boyunca yerləşən 240 kəndi hərbi qarşıdurma başlayacağı halda, müharibə zonası olaraq müəyyən edib. 2006-cı ildə İsrailə göstərdiyi müqavimətlə dünyanı heyrətləndirən “Hizbullah” o zamandan bəri Yaxın Şərqin yalnız hərbi deyil, həm də siyasi baxımdan ən güclü təşkilatlarından birinə çevrilib.
Xatırladaq ki, ABŞ-ın Respublikaçılar Partiyasından olan senatoru Lindsey Qraham İsrailə səfərindən sonra danışıqların bəzi detallarını açıqlamışdı. O, israilli səlahiyyətlilərin Livanın “Hizbullah” təşkilatı ilə bağlı məlumat verdiyini yazıb.

“Hizbullah”ı çox güclü təşkilat adlandıran Qraham “bu təhlükə davam edərsə, yəni, hava limanını vura biləcək raketləri hazırlamaqda davam edərlərsə və İsrail dövlətinə zərər verərlərsə, Livana girəcəklərini dedilər. Bir sonrakı savaş Livanın cənubunda olacaq” - senator deyib.

Amerikalı senator İranın dəstəklədiyi “Hizbullah”ın Livanda həssas silahların istehsal ediləcəyi fabrikin inşası barədə ABŞ-ın yanvar ayında hazırladığı hesabatı xatırladıb.

Suriyanın cənubunda son günlər baş verənlər İsrailin də bu ölkədə davam edən qarşıdurmalara daha aktiv qoşulduğunu göstərir. Bu isə regionda vəziyyəti daha da gərginləşdirə, ən əsası, İsrail və İran arasında genişmiqyaslı hərbi qarşıdurmanın baş verməsinə gətirib çıxara bilər.

İsrailin “Yerusalem Post” qəzetində bir müddət əvvəl dərc olunan məqaləsində İsrail və İran arasında açıq bir döyüşün başlandığı qeyd edilib.(publika.az)



Xəbərin oxunma sayı : 556




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap