Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Böyük obyektlərin saxlanması çətinləşir – çıxış yolu...

Tarix 30.11.17, 14:16

Font ölçüsü : - / +
bitmap-img6


Natiq Cəfərli: “Bu cür müəssisələr özəlləşməyə verilməli, bir neçə il vergidən azad edilməlidir”

Neft gəlirlərinin axını dövründə Azərbaycanda çoxlu sayda ictimai obyektlər - mərkəzlər, saraylar tikilib, parklar, yaşıllıqlar salınıb. Bu, təkcə Bakı şəhərini deyil, regionları da əhatə edir. Demək olar ki, bütün rayonlarda müxtəlif adda ictimai obyektlər istifadəyə verilib. Hər rayonun özünəməxsus simvoluna həsr edilmiş abidələr, gəzinti yerləri düzəldilib. Bundan əlavə, magistral yolların kənarlarında böyük ərazilərdə dekorativ bitkilər əkilib, yaşıllıqlar salınıb.

Dünya neft bazarındakı böhranla bağlı gəlirlərin azaldığı son 2 ildə isə inşa olunan obyektlərin baxımı bütün ölkə boyu çətinliklərə səbəb olub: böyük binaları, bahalı avadanlıqların quraşdırıldığı mərkəzləri, yaşıllıqları normal vəziyyətdə saxlamaq, işıqlandırılmasını, suvarılmasını təmin etmək getdikcə dövlət qurumları üçün daha ağır yükə çevrilir. Bu isə həm də dövlət büdcəsindən böyük həcmdə vəsaitlərin həmin obyektlərin saxlanma xərclərinə yönəldilməsini tələb edir.

Yaranmış vəziyyətdən hansı çıxış yolu var? Bu obyekt və parkların saxlanması üçün dövlət büdcəsindən kənar, əlavə maliyyə mənbələrinin tapılması mümkündürmü?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, saxlanma xərclərinin qarşılanmasında problemlərin yaranacağını hələ böyük obyektlər inşa olunarkən proqnozlaşdırıblar: “Biz hələ bu idman, konsert kompleksləri, sarayları tikiləndə idarəetmənin düzgün qurulmasının gələcəkdə saxlanma xərclərinin qarşılanması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirmişdik. O zaman dediklərimiz nəzərə alınmadı, indi isə bu kimi problemlərlə üzləşilib”.

Ekspertin sözlərinə görə, bir sıra obyektlərin özəl əllərə verilməsi yaranmış vəziyyətdən çıxmaq üçün ən doğru yol ola bilər: “Bu obyektlər ya tam özəlləşdirilə, ya da uzunmüddətli müqavilələr əsasında idarəetməyə verilə bilər. Nəzərə almaq lazımdır ki, bəzi böyük obyektlərin saxlanma xərcləri həddindən artıq yüksək olduğu üçün özəl şirkətlərin marağında olmayacaq onları almaq, yaxud idarəetməyə götürmək. Buna görə də burada dövlətin təşviqedici, stimullaşdırıcı addımlarına ehtiyac yaranacaq. Bu addımlardan ən əsası isə həmin obyektlərin uzun müddətə vergidən azad edilməsi ola bilər. Yəni dövlətin burada əsas qazancı o olacaq ki, tikilən binalar, avadanlıq və qurğular daim baxımlı olsun, işlək vəziyyətdə qalsın”.

N.Cəfərli hesab edir ki, əsas çətinlik parkların və yolkənarı yaşıllıqların saxlanması ilə bağlı yarana bilər: “Dünya təcrübəsində belədir ki, bu cür yaşıllıq və parklar bələdiyyələrin balansında olur, baxımı da onlar təmin edirlər. Lakin Azərbaycanda hazırda belə ərazilər yerli icra strukturlarının balansındadır. Onlar da baxım işlərini, tikinti və salınma işlərində olduğu kimi, əksər hallarda yükləyirlər biznesin üstünə. Azərbaycanda bələdiyyə orqanları elə güclü deyil ki, belə geniş park və yaşıllıqları saxlaya bilsin. Onların gəlir imkanları, hüquqları çox məhduddur. Faktiki olaraq, yerli icra orqanlarının əlavəsinə çevriliblər. Buna görə də park və yaşıllıqları onların idarəetməsinə verməklə yanaşı, bələdiyyələrin gəlir imkanlarının artırılmasına da böyük ehtiyac var. Bir sıra yerli xarakterli vergilərin bələdiyyə büdcəsinə toplanmasına icazə verilərsə, bələdiyyələr bu işin öhdəsindən uğurla gələ bilərlər”.

Ekspert deyir ki, dövlət vəsaitləri hesabına inşa edilən obyektlər, yaradılan yaşıllıq və parkların dövlətin idarəetməsindən çıxarılması üçün hələ gec deyil: “Bir neçə il də keçsə, yaradılan, tikilən obyektlər köhnələcək, amortizasiya xərcləri o qədər artacaq ki, hətta stimullaşdırıcı tədbirlərlə belə biznesdə onlara maraq yarada bilməyəcəyik”.(musavat.com)



Xəbərin oxunma sayı : 148




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap