Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Bağçada tərbiyəçi uşaqlara kobudluq etdi, işdən çıxarıldı - VİDEO

Tarix 07.05.26, 18:41

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkələrdə Gəncədə yerləşən özəl bağçaların birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb.

AzFakt.com-un məlumatına görə, Baku TV-yə danışan valideynlərdən biri - Əbabil Nağıyeva bildirib ki, tədris prosesi yaxşı keçsə də, insident onları narahat edib.

“Videonun bu şəkildə yayılması və oğlumun da həmin görüntülərdə yer almasına görə açıqlama istəyirik. Biz hamımız uşaqlarımızı bağçadan çıxara bilərik, amma bağça tapmağın özü də problemdir və çətin məsələdir. Buraya ödəniş də etmişik. İstəmərik ki, bağça bağlansın, amma müəllimlər dəyişdirilsə, daha yaxşı olar”, - Ə.Nağıyeva qeyd edib.

Bağçanın əməkdaşı Məleykə Kərimova isə deyib ki, sosial şəbəkədə yayılmış xoşagəlməz hal ilə bağlı tədbir görülüb: “Məsul şəxs işdən azad edilib və polis tərəfindən məsələ araşdırılır”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hadisə ilə əlaqədar sözügedən bağçanın əməkdaşı polis idarəsinə dəvət edilərək onunla profilaktik söhbət aparılıb.

Daha ətraflı videomaterialda:






Xəbərin oxunma sayı : 1753




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap