| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?
Tarix 13.07.26, 8:30 |
|
Bu həftə məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayıb. Hər il olduğu kimi, minlərlə valideyn övladını bağçaya yerləşdirmək üçün mübarizə aparır. Bu il də valideynləri ən çox düşündürən məsələlər dövlət bağçalarında yer təminatı, yeni məktəbəqədər təhsil müəssisələrinin istifadəyə verilməsi və özəl bağçalarda tətbiq olunan qiymətlərdir.
Bu ili əvvəlki illərdən fərqləndirən əsas yenilik məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqidir.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Təhsil haqqının bir hissəsini dövlət ödəyəcək"
Elm və Təhsil Nazirliyindən bildirilir ki, yeni model çərçivəsində müəyyən ediləcək qaydalara əsasən, övladını özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirən valideynlərə dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək. Başqa sözlə, aylıq təhsil haqqının müəyyən hissəsi dövlət büdcəsi hesabına qarşılanacaq. Nazirlik qeyd edir ki, bu yanaşma daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına, valideynlərin seçim imkanlarının genişlənməsinə və özəl məktəbəqədər təhsil müəssisələrinin inkişafına töhfə verəcək.
Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?
"13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib"
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) verilən məlumata görə, 2025-2026-cı tədris ilində ümumi tutumu 1 384 nəfər olan 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bu tədris ili üçün dövlət məktəbəqədər təhsil müəssisələrinin qəbul imkanlarına gəldikdə isə, Agentlikdən bildirildi ki, məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub: "Ümumilikdə 6 605 qrup olmaqla, 1 671 məktəbəqədər təhsil müəssisəsi üzrə qəbulun aparılması planlaşdırılır".
MÜTDA-nın məlumatına görə, Bakı və Abşeron rayonu əhalinin məskunlaşma səviyyəsi yüksək olduğundan bağçalara qəbul zamanı müəyyən sıxlıq müşahidə olunur: "Bunu aradan qaldırmaq üçün alternativ təhsil modellərindən uğurla istifadə olunur (icma əsaslı məktəbəqədər təhsil qrupları, özəl-dövlət tərəfdaşlığı ilə bağlı qrant layihəsi, ailə tipli təlim qrupları). Alternativ modellərlə yanaşı bağça infrastrukturunun genişləndirilməsi də diqqət mərkəzində saxlanılır. Növbəlilik və prioritetlik prinsipi əsasında məktəbəqədər təhsil müəssisələri inşa edilir".
İnfrastruktur və tələbat arasında uyğunsuzluq
Təhsil eksperti İlqar Orucov deyir ki, məktəbəqədər təhsil sistemində elektron qəbulun tətbiqi şəffaflığın artırılmasına xidmət etsə də, infrastrukturla tələbat arasındakı uyğunsuzluq hələ də əsas problem olaraq qalır: "Ölkədə məktəbəqədər yaşda təxminən 600 min uşaq olduğu halda, dövlət bağçalarında mövcud yerlər bu rəqəmin çox kiçik hissəsini əhatə edir. Yer çatışmazlığı xüsusilə regionlar üzrə qeyri-bərabər şəkildə özünü göstərir. Bakı, Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə, eləcə də əhalinin sıx məskunlaşdığı yeni yaşayış massivlərində dövlət uşaq bağçalarında yer çatışmazlığı ciddi problemdir".
"Valideynlər sistemə uyğunlaşa bilmir"
İ.Orucovun fikrincə, elektron qəbul sisteminin tam səmərəli işləməsinə mane olan problemlər hələ də qalır: "Sistem aktivləşən kimi bəzi bağçalarda yerlər bir neçə dəqiqə, hətta bəzən saniyələr ərzində dolur. Bu da valideynlərin narazılığına səbəb olur və uzun növbələr yaradır. Valideynlərə maksimum üç bağça seçmək imkanı verilsə də, daha çox tələbat olan bağçalarda növbəyə yazılan uşaqlar aylarla gözləməli olurlar. Digər tərəfdən, yaşayış yerini dəyişən və ya elektron xidmətlərdən istifadə bacarıqları zəif olan valideynlər üçün sistemə uyğunlaşmaq da çətinliklər yaradır".
İlqar Orucovun sözlərinə görə, dövlət uşaq bağçalarında yer çatışmazlığının əsas səbəbləri infrastruktur problemləri və kadr çatışmazlığıdır: "Paytaxtda və iri şəhərlərdə yeni yaşayış kompleksləri tikilsə də, paralel olaraq kifayət qədər uşaq bağçası və məktəb inşa edilmir. Bəzi yaşayış massivlərində hətta yeni təhsil müəssisələrinin tikintisi üçün torpaq sahəsi tapmaq çətinləşir. Bu problem xüsusilə Binə, Masazır və oxşar ərazilərdə daha qabarıq hiss olunur. Digər tərəfdən, mövcud məktəbəqədər təhsil müəssisələrinin bir hissəsi köhnəlib. Müstəqilliyin ilk illərində isə bir sıra bağçalar özəlləşdirilərək və ya təyinatı dəyişdirilərək başqa məqsədlər üçün istifadə olunub".
"Dövlət uşaq bağçaları tələbatı qarşılaya bilmir"
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Xalidə Həmidova bildirir ki, məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi "Məktəbəqədər təhsil haqqında" qanunla tənzimlənir: "Qanuna əsasən, 3-6 yaş qruplarında maksimum 20, 1-3 yaş qruplarında isə 15 uşaq ola bilər. Qarışıq yaş qruplarında bu rəqəm müvafiq olaraq 15 və 10 nəfərdir. Elektron qəbul sistemi də məhz bu normalara uyğun işləyir və müəyyən edilmiş limitdən artıq qəbul aparılmasına imkan vermir. Əvvəllər bəzi bağçalarda bir qrupda 40-50 uşağın olması halları müşahidə olunurdu, lakin hazırda sistem buna imkan vermir".
X.Həmidovanın sözlərinə görə, dövlət uşaq bağçaları tələbatı qarşılamır: "Hesablamalara əsasən, dövlət bağçaları məktəbəqədər yaşlı uşaqların təxminən 16 faizini qəbul edə bilir. Yerdə qalan uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi üçün məktəbəhazırlıq qrupları, icma əsaslı qruplar və digər alternativ modellər tətbiq olunur. Hazırda valideyn-dövlət-özəl əməkdaşlığı modeli də bu istiqamətdə nəzərdə tutulan mexanizmlərdəndir. Bu modellər hesabına məktəbəqədər təhsilin əhatə dairəsi təxminən 36 faizə çatır".
X.Həmidova hesab edir ki, bu il də əvvəlki illərlə müqayisədə əsas problemlər dəyişməyib: "Bağçalarda yerlərin sayı əvvəlki səviyyədə qalır. Bir neçə yeni bağçanın istifadəyə verilməsi tələbatı qarşılamaq üçün kifayət etmir. Yer çatışmazlığı əsasən Bakı və digər iri şəhərlərdə müşahidə olunur. Bir çox rayon və kəndlərdə isə əksinə, qruplar uşaq azlığı səbəbindən bağlanır. Qeydiyyatda olmayan, kirayədə yaşayan və ya müvəqqəti olaraq paytaxta köçən ailələrin övladlarının bağçaya yerləşdirilməsi də əlavə çətinlik yaradır".
"Ailələrin əksəriyyəti üçün özəl bağçalar əlçatan deyil"
Dövlət bağçalarında yer çatışmazlığı səbəbindən bir çox valideyn alternativ kimi özəl məktəbəqədər təhsil müəssisələrinə üz tutur. Lakin özəl bağçalarda tətbiq olunan aylıq ödənişlər hər ailənin büdcəsinə uyğun gəlmir. Burada aylıq ödənişlər müəssisənin yerləşdiyi əraziyə, təqdim olunan xidmətlərə və tədris proqramına görə dəyişir. Hazırda Bakıda özəl uşaq bağçalarında aylıq ödənişlər, əsasən, 350-400 manatdan başlayır. Tədris proqramı, xarici dil tədrisi, iş saatları və əlavə xidmətlərdən asılı olaraq qiymətlər 700-1000 manat, bəzi premium müəssisələrdə isə 1000 manatdan yuxarı dəyişə bilir.
Təhsil eksperti İlqar Orucov hesab ki, özəl bağçalarda yüksək təhsil haqları da dövlət bağçalarına tələbatı artıran əsas amillərdəndir: "Orta aylıq əməkhaqqını nəzərə alsaq, iki uşağı olan ailələrin əksəriyyəti üçün özəl bağçalar əlçatan deyil. Nəticədə valideynlər dövlət bağçalarını yeganə münasib alternativ kimi görürlər ki, bu da müraciətlərin sayını artırır".
Xəbərin oxunma sayı : 862
Sosial
Xəbərlər
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
“Axmaqlar, onlar bunun necə bir iş olduğunu bilmirlər“ - Lukaşenko
-
Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır+Foto
-
“Türkiyə Avropanın 6-cı iqtisadiyyatıdır” - Ərdoğan
-
“Sea Breeze”də ayağı su nasosunda qalan azyaşlı öldü - RƏSMİ
-
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
-
Husilər Moha limanına raketlər - Dronlar və qayıqlarla hücum edib
-
Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? - Açıqlama
-
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
-
“Pilot 16“ tikinti şirkəti vətəndaşın evinə ziyan vurub - VİDEO
-
Azərbaycanda zəlzələ - Şimal rayonlarında hiss olundu
-
Bu avtobuslar gecə saat 12-yə qədər işləyəcək - VİDEO
-
Kirayə müqaviləsi bağlamayanları gözləyən böyük risk - Açıqlama
-
Şam yeməyini nə vaxt yemək yaxşıdır? - Alimlər uyğun vaxtı açıqladı
-
Bu marşrutların hərəkətinə məhdudiyyət tətbiq edildi - SİYAHI
-
Vaşinqton və Kiyev arasında kəşfiyyat mübadiləsi - Əməkdaşlıq ən yüksək həddə çatıb...
-
Paşinyan II Qaregindən əl çəkmir - Məhkəmə işi icraata götürdü
-
Bakıda mənzil qiymətləri yenə artır: Ən bahalı rayonlar və rekord qiymətlər
-
Yekun tibbi müayinə kimlərə şamil olunur? - Nazirlikdən açıqlama
-
Ermənistandan Azərbaycana hansı məhsullar ixrac edilə bilər? - VİDEO
-
Türkiyə Aİ-yə qəbul edilməyəcəyini yaxşı bilir - Lavrov
-
“Dövlət satınalmalarında 294,3 milyon manat qənaət edilib“ - Sədr müavini
-
Kartdan-karta ianə köçürmələri dayandırılır? - Açıqlama
-
Təyyarələr Sakit okean üzərindən niyə uçmur? - Bir narahatedici səbəbi var
-
Son 15 ildə SOCAR-da işçilərin sayı 34,3 min nəfər azalıb - İllər üzrə rəqəmlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
ABŞ artıq İsrail kəşfiyyatına inanmır - “Trampla Netanyahu arasında çatlar yaranıb”
-
Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır? - VİDEO
-
Mərkəzi Asiya qaranlığa qərq oldu - 4 ölkədə işıqlar söndü
-
“Daha sərt olacağıq...” - Lavrov “qan-qan” deyir
-
Hansı bankın öhdəliyi daha çoxdur? - CƏDVƏL
-
Alıuşağı kəndinin girişində qarayaraya görə post yaradılıb - Fotolar
-
Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın - DİN
-
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
-
Yeni dövlət rüsumları müəyyənləşdi - FƏRMAN
-
Azərbaycanda bir ilk - Qüsursuz İnklüziv Teatr fəaliyyətə başlayır
-
Marketlər bizi belə aldadır: Daha çox pul xərcləməyimiz üçün 7 gizli üsul
-
Naxçıvanın tarixində böyük dirçəliş və inkişaf mərhələsi başlayır
-
“Baku Electronics”dən onlayn alış-veriş etməyin - Müştəri şikayətçidir
-
Pakistan geosiyasi oyunlarda əsas əlaqələndirici ölkəyə çevrilməyə çalışır - Financial Times
-
Təcili tibbi yardım maşınında uşaq dünyaya gətirdi - Fotolar
-
Xameneidən şok qərarlar: SEPAH və orduda yeni komandirlər
-
Ermənistan ərazisində enerji dəhlizinin yaradılması TRIPP və bütün bölgə üçün müsbət nəticə verəcək
-
Mina partlayışlarından 363 nəfər xəsarət alıb - Baş Prokurorluq
-
Türkiyədə “Süleymançılar“a qarşı əməliyyat: 37 şübhəli saxlanıldı
-
Xüsusi qorunan torpaqlarda təsərrüfat fəaliyyətinə icazə - Qanun nə deyir?
-
Niyə davamlı yuxumuz gəlir - Bu yazını mütləq oxuyun
-
Sabahdan metroda dəyişiklik: “Nizami“ və “28 May“ arasında qatar olmayacaq
-
Kamran Əsədov məhkəmədə: “Onlara qarşı tədbir görün“
-
Milyardlarla dollar zərər, yüz minlər müflisləşmə həddində - “Wildberries“ çökür
-
Sığorta şirkətlərinin yığım və ödənişləri bir ildə necə dəyişib? - SİYAHI
-
Naxçıvanın yeni iqtisadi modelinin konturları
-
Hörmüzdən hər gün 8-9 milyon barel neft keçir - ABŞ energetika naziri
-
Bağlı qalan 10 cinayətin üstü açılıb - 130 nəfər saxlanılıb
-
Şimali Koreyadan xəbərdarlıq: “Nüvə müharibəsi həddinə yaxınlaşırıq”
-
IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı - SİYAHI
-
“Azeri Light“ yenidən ucuzlaşdı - Neçəyə satılır?
-
Tramp Türkiyədən niyə gizli çıxarılıb? - Yeni detallar
-
Borc bataqlığına düşməmək üçün qızıl qayda - Kredit götürənlərin diqqətinə!
-
Məşhur milyarderin qızına qarşı sərt ittiham – 20 illik həbs ala bilər
-
Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi
-
Böyük Qayıdış davam edir - Ağdam şəhərinə daha 92 ailə ...
-
Naxçıvanın inkişafı daha sürətlənir
-
“Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir“ - Azərbaycan XİN
-
Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb
-
Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - Siyahı
-
Konfrans Liqası:“Qarabağ“ “Dinamo“nu məğlub etdi, “pley-off“a çıxdı
-
Filippində plastik fəlakət - musson yağışı zibil selinə səbəb olub
-
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın
-
Bakının mərkəzində tualet DAVASI: saxlanılan var
-
Etibarnaməni ləğv etmək niyə ödənişlidir? - Hüquqşünasdan AÇIQLAMA
-
Tovuzda təbii fəlakət baş verdi - İki nəfər xilas edilib (VİDEO)
-
Oğurlandığı iddia edilən uşaq atasının yanında imiş - DİN açıqladı
-
Pensiyalar neçə faiz artacaq? - Minimum rəqəm bəlli oldu
-
Kəlbəcərdə mina partladı: 73 yaşlı kişi yaralandı
-
“Əhali arasında narahatlıq yaranmasına əsas yoxdur” - Səhiyyə Naziriyi
-
MDB ölkələri axtarışda olanları belə tutacaq - Azərbaycan da razılaşmada
-
Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyir? - Statistika
-
“Qarabağ“da şok ayrılıq: 2 milyonluq ulduz yarıqiymətinə satılır?
-
Xaricdən gətirilən bitki yağlarında təhlükəli maddə tapıldı - AQTA
-
Marketdən şampun və dezodorant götürdü, ödəniş etmədi - Həbs olundu
-
Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar
-
Vətən müharibəsi iştirakçısı müavin təyin edildi - Direktor vəzifəsini icra edəcək
-
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət - “Dərhal yüksəkliyə qalxın...“
-
Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı - Fotolar
-
İş adamının qətlinin sifarişçisi tutulub - Azərbaycana gətirildi
-
Fransanın ikiüzlülüyü utandırıcıdır - Abbas Əraqçi
-
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
-
Apteklərdə qiymətlər artdı, dövriyyədə rekord HƏDD: Nə baş verir?
-
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib - ARAŞDIRMA
-
Samuxda 9 nəfərdə qarayara xsətəliyi aşkarlandı - Üç qurum birgə məlumat yaydı
-
“150-dən çox bal toplayanlar universitetə qəbul olacaqlar“ - Məleykə Abbaszadə
-
Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi - DETALLAR
-
Bu il ən az sığorta haqqı toplayan şirkətlər - SİYAHI
-
Saleh Məmmədovun kadrları Vüsal Nəsirli ilə birləşdi - ARAŞDIRMA
-
AMB-dən iqtisadi artımla bağlı yeni ssenari: 1,3 faizə çata bilər
-
Ermənistanın Azərbaycanla tərəfdaşlığı ola bilər - Paşinyan
-
Binəqədi sakinləri çıxılmaz vəziyyətdə: “220 manat verdim, 120-si yoxdur!“ - VİDEO
-
Valideynlik hüququndan kimlər məhrum edilə bilər? - Ali Məhkəmə qərar verdi
-
Prezident Almaniyanın yeni səfirini qəbul etdi - FOTOLAR
-
Bu il məktəbli formaları neçəyə olacaq? - RƏSMİ AÇIQLAMA
-
Trampın növbəti hədəfi bəlli oldu: Vaşinqtondan Kubaya hərbi müdaxilə siqnalı
-
Azərbaycanda ən çox mal-qara bu rayonlardadır - TAM SİYAHI
-
Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video
-
İran səfirinin “Artsax” pavilyonunda nə işi vardı? - VİDEO
-
Putinin güclü, lakin tamamilə idarəolunmaz “müttəfiqi“ var - Newsweek
-
Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr - SİYAHI
-
Ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ
-
Naxçıvan büdcəsində tarixi ilk: 60 milyon manatlıq fərq
-
Putin ilk dəfə Kuril adalarına getdi - Yaponiyadan etiraz
-
Qəçrəşdə meşəlik ərazidə ağaclar kütləvi kəsilib - VİDEO
-
“Avroviziya”dan üç böyük dəyişiklik – yaş həddi, fonoqrama, müharibə
-
Tiflisdən Rusiyaya gizli yanacaq xətti - Saakaşvilidən şok açıqlama
-
Samuxda kütləvi zəhərlənmə - 5 nəfər xəstəxanalıq oldu
-
Bakıda qəribə hadisə: qaz borusundan su gəlir - VİDEO
-
Pərvin Abıyeva belə dincəlir - Sahil kənarı...(VİDEO)
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
Əkrəm İmamoğlu CHP-dən istefa verdi - 17 illik sevda bitdi
-
“Təcili danışmaq istəmişəm, amma...“ - “David Selivestrov”un vəkilindən yeni açıqlamalar
-
Məzuniyyət pulu ilə bağlı açıqlama-Qaydalar dəyişib
TOP 10
ARXİV






