“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Baş nazir Ələt Azad İqtisadi Zonası ilə bağlı tapşırıqlar verib - FOTO

Tarix 25.06.22, 21:25

Font ölçüsü : - / +
bitmap-img6


Baş nazir Əli Əsədov Ələt Azad İqtisadi Zonasında aparılan işlərlə yerində tanış olub.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, müvafiq qurumların rəhbərləri ilə Ələt Azad İqtisadi Zonasına ayrılan torpaq sahəsi, maliyyə vəsaiti, su və energi təchizatı məsələləri və qarşıda duran vəzifələr müzakirə olunub və konkret tapşırıqlar verilib.

Daha sonra Baş nazir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində terminalların iş prinsipi və icra edilən infrastruktur layihələri üzrə görülən işlərlə tanış olub.

Azərbaycanda nəqliyyat və logistika sahəsində infrastrukturun hazırki vəziyyəti, rəqəmsallaşma, beynəlxalq yükdaşımalarda mövcud potensialın artırılması, artan tranzit yüklərin sürətli buraxılması üçün lazımi tədbirlərin görülməsi və bu sahədə qabaqcıl dünya təcrübəsinin, müasir innovativ həllərin tətbiqi və perspektiv layihələr ilə bağlı müzakirələr aparılıb və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Görüşlərdə Azərbaycan Prezidentinin köməkçisi-iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, rəqəmsal inkişaf və nəqliyyat naziri və sahə üzrə məsul şəxslər və rəhbərlər iştirak ediblər.







Xəbərin oxunma sayı : 721




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap