Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Baş nazir Novruz Məmmədov Mario Raffaelli ilə görüşdü – Qarabağ müzakirəsi + Foto

Tarix 20.11.18, 20:36

Font ölçüsü : - / +
bitmap-img6


Baş nazir Novruz Məmmədov noyabrın 20-də italiyalı diplomat və ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri Mario Raffaelli ilə görüşüb.

AzFakt.com Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Mario Raffaellinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətindəki fəaliyyətini xatırladan Novruz Məmmədov Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində problemin hələ də həllini tapmamasını təəssüflə qeyd edib.

Baş nazir Novruz Məmmədov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğulayıb, məsələnin ədalətli həllinə beynəlxalq ictimaiyyətin diqqətinin daha da artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Mario Raffaelli “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olduğunu söyləyib. O, ölkəmizlə, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumatlı olduğunu bildirib, 25 il sonra yenidən Azərbaycanda olmasından məmnunluğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.



Xəbərin oxunma sayı : 133




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap