Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Baş nazir prezidentin tələbini rədd etdi – Gürcüstanda siyasi böhran dərinləşir

Tarix 17.10.18, 23:16

Font ölçüsü : - / +
bitmap-img6


Prezident seçkisi öncəsi Gürcüstanda siyasi gərginlik olduqca yüksək həddə çatıb. Son günlər vəziyyət o dərəcədə gərginləşib ki, artıq hakim partiyanın yüksək eşalonlarında da ciddi qarşıdurma müşahidə olunmaqdadır.

Belə ki, bir müddət öncə hakim “Gürcü arzusu” partiyasının tanınmış simalarının müxtəlif cinayətlərdə iştirakını təsdiqləyən audioyazılar yayımlanmağa başlayıb. Olduqca ilginc faktları və cinayətləri üzə çıxaran həmin səs yazıları ölkədə siyasi böhrana yol açmaqdadır.

Ölkə prezidenti Georgi Merqvelaşvili yaranmış situasiyanı müzakirə etmək üçün baş nazir Mamuka Baxtadzedən hökumətin təcili toplantısını çağırmağı tələb edib. Lakin baş nazir prezidentin tələbinini rədd edərək, iclas çağırmaqdan imtina edib.

M.Baxtadze bildirib ki, Gürcüstanda oktyabrın 28-nə təyin edilən prezident seçkisi ədalətli və demokratik şəraitdə keçiriləcək. Həmin dövrə qədər isə hökumət öz işini adi rejimdə davam etdirəcək. Baş nazir qeyd edib ki, siyasi qalmaqala səbəb olan son hadisələr qanun çərçivəsində araşdırılacaq və hökumətin bu məsələ ilə bağlı xüsusi rəsmi açıqlaması olacaq. Lakin o, seçki öncəsi bu situasiyanın hökumətin fövqəladə iclasının çağırılaraq, müzakirə edilməsi fikrini doğru saymayıb.

Xatırladaq ki, oktyabrın 28-də qonşu ölkədə keçiriləcək prezident seçkisində hakim partiyanın namizədi sabiq xarici işlər naziri Salome Zurabişvilidir. Hazırki prezident G.Merqvelaşvili ikinci dəfə namizədliyini verməkdən imtina edib. Ümumilikdə prezidentliyə 25 namizəd var. Seçki öncəsi keçirilən sorğular isə qələbəyə daha çox müxalif namizədlər Qriqol Vaşadze və David Bakradzenin şanslı olduğunu göstərir.



Xəbərin oxunma sayı : 187




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap