Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Baş nazirdən enerji ilə bağlı qaydalara dəyişiklik - Evinə işıq çəkdirmək istəyənlər hansı sənədləri toplamalıdır?

Tarix 21.10.18, 16:15

Font ölçüsü : - / +
bitmap-img6


Baş nazir  Novruz Məmmədov "Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklərlə bağlı qərar imzalayıb.

AzFakt.com Nazirlər Kabinetinə istinadən bildirir ki, qərara əsasən, "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə aşağıdakı dəyişiklik olub:

3.2-ci bəndin ikinci cümləsində "layihə və tələb olunan həcmdə texniki təhvil-təslim sənədlərini” sözləri "bu Qaydaların 3.2-1-ci bəndində göstərilən sənədləri” sözləri ilə əvəz edilib; 

Bundan başqa qaydalara aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilib: 

"Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi aşağıdakı sənədlər əsasında keçirilir: 

- enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər; 

- Enerji Məsələlərini Tənzimləmə Agentliyi və enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi;

- tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı; 

- elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti;

-  kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu; 

- transformatorun və avadanlıqların sınaq-sazlama protokolu; 

- elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı; 

- elektrik sayğacının quraşdırılması aktı”.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap