Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Baş nazirdən yeni qərar: bu qurumlar büdcədən maliyyələşəcək

Tarix 13.01.19, 17:35

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişikliklər edilib.

AzFakt.com-un məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən: "I. Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinə "Suraxanı Gənclər evi” sosial xidmət müəssisəsi, "Xəzər Gənclər evi” sosial xidmət müəssisəsi, "Sabunçu Gənclər evi” sosial xidmət müəssisəsi, "Qaradağ Gənclər evi” sosial xidmət müəssisəsi, "Binəqədi Gənclər evi” sosial xidmət müəssisəsi, "Tovuz Gənclər evi” sosial xidmət müəssisəsi, "Gəncə Gənclər evi” sosial xidmət müəssisəsi, "Şirvan Gənclər evi” sosial xidmət müəssisəsi, "Sumqayıt Gənclər evi” sosial xidmət müəssisəsi, "Mingəçevir Gənclər evi” sosial xidmət müəssisəsi, "Saatlı Gənclər evi” sosial xidmət müəssisəsi, "Balakən Gənclər evi” sosial xidmət müəssisəsi əlavə edilib.

Bununla yanaşı, 50-ci hissənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 51-58-ci hissələr əlavə edilib: "Qazax Olimpiya İdman Kompleksi” MMC, "Zaqatala Olimpiya İdman Kompleksi” MMC; "Şəki Olimpiya İdman Kompleksi” MMC; "Qusar Olimpiya İdman Kompleksi” MMC; "Abşeron Olimpiya İdman Kompleksi” MMC; "Ağcabədi Olimpiya İdman Kompleksi” MMC; "Buzovna İdman Zalı” MMC; "Bakı İdman Sarayı” MMC.”.

Daha əvvəl də Nazirlər Kabineti "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib. Dəyişikliklərə əsasən Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb.



Xəbərin oxunma sayı : 421




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap