Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Baş nazirin müavini:“Əhalinin 54 faizi kəndlərdə yaşayır, bu çox ciddi məsələdir”

Tarix 25.05.18, 22:52

Font ölçüsü : - / +
bitmap-img6


“2003-cü ildən indiyədək ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb. Azərbaycan böyük inkişaf mərhələsi yaşayıb”.

“Report”un xəbərinə görə, bunu Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri, Baş nazirin müavini Əli Əhmədov komissiyanın rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək üzrə əlaqələndirmə komitəsinin rəhbərlərinin birgə iştirakı ilə müşavirəsində deyib.

Ə.Əhmədov qeyd edib ki, azərbaycanda məşğulluq dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir: “Son 15 ildə əhalimiz 1,5 milyon artıb, əhali il ərzində 1,2 faiz artır. Bu müddət ərzində xeyli iş yeri açılıb, insanların layiqli iş yerləri təmin olunması üçün addımlar atılır. Ölkədə işsizliyin səviyyəsi 5 faiz civarındadır. Avropanın bəzi inkişaf etmiş dövlətlərindəki demoqrafik vəziyyət Azərbaycandan fərqlidir. Azərbaycanda əhali artır, həmin ölkələrdə isə əhali artmır, əksinə azalır”.

Onun sözlərinə görə, Azərbaycanda əhali 5 milyona yaxını əmək qabiliyyətlidir: “Ölkəmizdə əhalinin 54 faizi kəndlərdə yaşayır. Bu, çox ciddi məsələdir”.



Xəbərin oxunma sayı : 445




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap