Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Yanğınlarla bağlı yaradılmış komissiya çoxlu sayda yoxlamalar aparır” - Baş Nazirin müavini

Tarix 25.05.19, 13:38

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda baş verən yanğınlarla bağlı yaradılmış komissiya böyük sayda yoxlamalar aparır”.

AzFakt.com xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan hökuməti yaranmış vəziyyətin təhlili və aradan qaldırılması üçün lazımi addımlar atacaq: “Bildiyimiz kimi, bir neçə dəfə xoşagəlməz hadisələr baş verib. Məcburi köçkünlərin yaşadığı ictimai binalarda yanğın olub və bizim keçirdiyimiz baxışlar nəticəsində qənaət ondan ibarətdir ki, onlar hələ ki, həmin binalarda məskunlaşmağa məcburdurlar. Təbii ki, onlar hökumətimizin həyata keçirdiyi siyasət nəticəsində tikilən yeni qəsəbələrə köçürülürlər. Amma bu xeyli vaxt aparır. Təbiidir ki, onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir. Bununla bağlı yaradılmış komissiya böyük sayda yoxlamalar aparır, təhlükəli vəziyyət olan yerlər haqqında artıq bizdə səhih məlumatlar var. İmkan daxilində məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün də işlər görülür. Güman edirəm ki, gələcəkdə bizi narahat edən yanğın hadisələri baş verməyəcək”.



Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap