Məşhur “Lambada”nın ifaçısı diri-diri yandı “Aygün Kazımova ilə bacı-qardaşıq” – Türkiyəli məşhur rejissor Oqtay Kaynarca: “Eşkıya dünyaya hökmdar olmaz”ın yayımlanmama səbəbi...” Kanal D-dən Acun İlıcalıya qadağa
Axtar
 
  • / Maqazin / — 19 Yanvar 2017

    Məşhur “Lambada”nın ifaçısı diri-diri yandı

  • / Maqazin / — 17 Yanvar 2017

    “Aygün Kazımova ilə bacı-qardaşıq” – Türkiyəli məşhur rejissor

  • / Maqazin / — 17 Yanvar 2017

    Oqtay Kaynarca: “Eşkıya dünyaya hökmdar olmaz”ın yayımlanmama səbəbi...”

  • / Maqazin / — 17 Yanvar 2017

    Kanal D-dən Acun İlıcalıya qadağa

  • / Maqazin / — 16 Yanvar 2017

    Çağatay Ulusoya qadağa qoyuldu

  • / Maqazin / — 07 Yanvar 2017

    Özcan ermənicə oxumasından danışdı: “Siyasət mənim işim deyil“

Baş Prokurorluğun idarə rəisi var-dövlətimizi istəyir - Müqəddəs Sultanov cəzalandırılacaqmı?

Tarix 09.01.17, 18:13

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər adı mediada iş adamı İlham Qasımovu şərlədib həbs etdirməkdə çəkilən Baş Prokurorluğun idarə rəisi general Müqəddəs Sultanovun biznesmen olmasını sübut edən sənədlər üzə çıxıb.

Xatırladaq ki, general Müqədəs Sultanov vaxtilə şərikli biznesi olduğu iş adamı İlham Qasımovu özünün vəzifə səlahiyyətlərindən sui-istifadə edərək uzun müddətli həbsə yollatdırıb.  Onun ölkədə şəhid ailələrinin, imkansız insanların dayağı olmuş bir şəxsi qurama ittihamlarla  uzunmüddətli həbsə göndərməsi isə ciddi narazılığa səbəb olub.
Qeyd edək ki, bu prosesdə Müqəddəs Sultanovun sifarişini həyata keçirən digər bir iş adamı Gülağa Qəmbərov olub. Generalla iş adamının şərikliyinin pozulmasının da səbəbkarı elə Müqəddəs Sultanovun Gülağa Qəmbərovu özlərinə ortaq gətirmək istəyi olub.

ilham

YAP hakimiyyətinin müdafiəçilərindən biri olmuş İlham Qasımov qaranlıq keçmişə sahib Gülağa Qəmbərovla birgə işləməkdən imtina edib. Səbəb kimi isə onun vaxtilə OMON-nun maliyyəçisi olması, Heydər Əliyev hakimiyyətinə qarşı çıxmasını göstərib.
Qeyd edək ki, Gülağa Qəmbərovun bu əməlləri üzə çıxandan sonra Azərbaycandan qaçıb və uzun illər axtarışda olub.  Bir müddət adını- soyadını dəyişən bu şəxs sonradan sabiq MTN rəhbəri Eldar Mahmudovun köməkliyi nəticəsində ölkəyə qayıda bilib. Hətta sonradan onun Eldar Mahmudovla şərikli biznesi də olub.
Bütün bunlara görə, Müqəddəs Sultanovla iş birliyinə son verən İlham Qasımov “MTK-REAL” MTK-dakı payını generalın həyat yoldaşı Əliyeva Təranə Novruz qızına, Gülağa Qəmbərovun həyat yoldaşı Rüstəmova Şəhla Əliağa qızının adına satıb.

Müəssisədəki payın alqı satqı müqaviləsini təqdim edirik:



Göründüyü kimi Baş Prokurorluqda yükəsk vəzifə tutan Müqəddəs Sultanov ölkənin biznes sektorunda da özünə yer alıb.
İlham Qasımovun yaxınlarının Gununsesi.info-ya verdiyi məlumata görə, Müqəddəs Sultanov iş adamının həbsini gercəkləşdirmək üçün baş prokuror Zakir Qaralovu da aldatmağa nail olub.

Gununsesi.info  xəbər verir ki, hazırda Müqəddəs Sultanov İlham Qasımovun azadlığı üçün onun var dövlətini istəyir. Buraya iş adamının ailə üzvlərinin yaşadığı villa, baç evi, yaşayış binaları, torpaq sahələri aiddir.
İlham Qasımov isə o şəxsdir ki, Azərbaycan hakimiyyətinə heç bir qarşılıq ummadan dəstək verib. Dövlətin sosial siyasətinin həyata keçirilməsində öz tövhəsini verib. Bu gün onun mənzil bağışladığı şəhid ailələri, Qarabağ müharibəsi əlilləri kifayyət qədərdir.  YAP-ın Astaradakı inzibati binasını belə tikərək, hakim partiyaya hədiyyə edib.
Həbsdəki iş adamının doğmaları ölkənin baş prokuroru Zakir Qaralovun onu aldadan Müqəddəs Sultanovu cəzalandıracağını, həmçinin, qarşıdakı apellyasiya instansiyasında ədalətin bərpa olunacağına ümidlərini ifadə edir.
Onu da xatırladaq ki, İlham Qasımova 15 il cəza təyin edən hakim Zeynal Ağayev Müqəddəs Sultanovun dindirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətlərini rədd edib. Buna sbəb isə hakimlə generalın yaxın qohum olmasıdır. Bundan başqa hakim məhkəmə iclası protokollarını saxtalaşdırmaqdan belə çəkinməyib.




Gununsesi.info




Xəbərin oxunma sayı : 160

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda