Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Baş Prokurorluq media orqanına xəbərdarlıq edib

Tarix 01.03.17, 0:57

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda fəaliyyət göstərən media orqanına xəbərdarlıq edilib.

Bu barədə AzFakt.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Azərbaycan 24” xəbər portalının internet saytında, eləcə də “YouTube” sosial şəbəkəsinin həmin xəbər portalına məxsus kanalında cari il fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu ərazilərdə irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdən Azərbaycanın mövqelərinə soxulmağa cəhd göstərərkən baş verən döyüşlərdə qəhrəmancasına həlak olmuş hərbçilərimizin meyitlərini və digər informasiyaları əks etdirən videogörüntülər yerləşdirilib.

Bununla əlaqədar, xəbər portalının baş redaktoru Elgün İbrahimov Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu portalda hərbi sirr təşkil edən, düşmən tərəfinin maraqlarına xidmət edən informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.



Xəbərin oxunma sayı : 91




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap