Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Baş Prokurorluq məlumat yaydı:“Bu informasiyalar həqiqəti əks etdirmir“

Tarix 20.11.19, 15:32

Font ölçüsü : - / +
bitmap-img6


Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin rəisi Hüseyn Abdullazadənin, Gəncə regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Kamran Əzizovun, Lənkəran regional bölməsinin rəisi Əlimuxtar Bağırovun, Lənkəran regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi Habil İsmayılovun barələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində guya araşdırmalar aparılması ilə bağlı məlumatları təkzib edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən təkzib edilir, eyni zamanda bildirilir ki, adları qeyd edilən şəxslərlə bağlı Qida Təhlükəsizliyi Agentliyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə hər hansı material daxil olmayıb və həmin şəxslər barəsində Baş İdarədə araşdırma aparılmayıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş edilir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirsinlər.



Xəbərin oxunma sayı : 268




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap