Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Baş Prokurorluq və DİN-dən filial müdirinin qətli ilə bağlı birgə – Açıqlama

Tarix 25.04.17, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə AzFakt.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 22-də Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz filialının müdiri vəzifəsində işləyən rayon sakini Raya Bayramovanın xidməti otağında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə hüquq mühafizə orqanlarına məlumat daxil olub.

"Həmin məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, maddi sübutlar, əl-barmaq izləri götürülüb və digər zəruri təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən filialda baş mühasib işləyən, rayon sakini Vidadi Vəliyev aprelin 24-də cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

V. Vəliyev istintaqın ilkin mərhələsində hadisəni törətdikdən dərhal sonra məsuliyyətdən yaxa qurtarmaq və istintaqı başqa istiqamətə yönəltmək üçün cəhdlər etsə də, sonradan törətmiş olduğu cinayət əməlini etiraf edərək, cinayətin aləti olmuş predmeti və digər maddi sübutları istintaq orqanına təqdim edib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir". 



Xəbərin oxunma sayı : 199




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap